() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması İlk dəfə Cənubi Avropadan təsvir edilib. Skandinaviya, Atlantik və Orta Avropada, Aralıq dənizyani ölkələrində, Şimali Afrikada, Yaponiyada, Çində yayılmışdır.
Botaniki təsviri Hündürlüyü 2–3 m olan koldur. Budaqları nazik, zərif, elastik, çox vaxt qırmızıtəhərdir. Qabığı üst tərəfdən tünd qırmızıdır, bəzən üzərində göyümtül toz ləkəsi olur, qabığının iç tərəfi limonaoxşar sarıdır. Yarpaqları qısa saplaqlı, növbəli düzülüşlü, uzunluğu 3–6 sm, eni 1–1,5 sm, ensiz tərsinə yumurtavari və ya tərsinə neştərvari, yanları bütöv və ya qabaq tərəfdən narın sivri mişardişlidir. Cavan yarpaqları tüklüdür, sonralar çılpaqlaşır, üst tərəfdən göyümtül-yaşıl və ya bozumtul-yaşıldır. Yarpaqaltlıqları xətvari-neştərşəkilli olub, erkən töküləndir. Tumurcuqları xırda, 3–5 mm uzunluğunda, budağa sıxılmış vəziyyətdə, qırmızı-qonur rəngli, çılpaqdır. Çiçəkaltı pulcuqları ovalşəkilli, tüklüdür. Erkəkcikləri 2-dir, saplaqları ilə birləşib erkəkcik şəklini almışdır, təpəsində qırmızı rəngli dördyuvalı tozluqlar vardır, telləri tüklüdür. Yumurtalığı saplaqsız və yumurtavari, təxminən 1,5 mm uzunluğunda; sütuncuğu qısadır, dişicik ağzı 2–4 yerə bölünmüş qırmızı rənglidir. Mart-aprel aylarında çiçək açır, may-iyun aylarında meyvə verir.
Ekologiyası İşıqsevən və torpağa az tələbkar bitkidir. İşıqsevən mezofitdir.
Azərbaycanda yayılması Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi Abşeronda yaşıllaşdırma geniş istifadə edilir.
Sinonimləri
Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Dekorativ kollar Kateqoriya:Türkiyə florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Mərakeş florası Kateqoriya:Əlcəzair florası