() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Avrasiyanın meşə və çöl zonalarını əhatə edir.
Botaniki təsviri Hündürlüyü 16 m-dək (bəzən 3- 5 m), gövdəsinin diametri 75 sm olan yumurtavari çətirli ağac və ya şaxələnmiş kiçik koldur. Cavan budaqları yapışqanlıdır, illik budaqları qara-qonur və ya sarımtıl rəngli, çılpaq və parlaqdır. Qoca gövdələrinin qabağı boz və ya tünd qonur, yarıqlı və pulcuqludur. Tumurcuqları yumurtavari, əyilmiş, hər iki tərəfi qonur, parlaqdır. Yalançı zoğları uzunsov və ya enli-yumurtavari, vəzicikli dişli, tez töküləndir. Yarpaqları möhkəm, dərili, üstü tünd yaşıl, parlaq, alt tərəfi açıq, yumurtavari-uzunsovdan enli-lansetvari, uzunluğu 5-13 sm, eni 2-4 sm, bünövrəsi küt, ucu iti, tamam çılpaqdır. Saplağı çılpaq, uzunluğu 0,2-1,4 sm-dir. Erkək sırğaları silindirik, uzunluğu 2-7 sm, diametri 1-1,5 sm, çox sıx çiçəklidir. Dişi çiçəklərin uzunluğu 1-6 sm, diametri 0,8 sm, sallaq, uzun, çılpaq ayaqlarda yerləşir. Erkəkcikləri 5, bəzən 2-4 və ya 12-24, 2 ballıqlı, dişi çiçəklərdə ballıq tək ola bilər. Yumurtalığı yaşıl, çılpaq, yumurtavari-konusvari, qısa ayaqcıqda, qısa, qalın sütuncuqluqdur. Meyvəsi-çılpaq, parlaq, uzunluğu 7 mm-dək olan qutucuqdur. Çiçəklənməsi maydan iyuladək, yarpaqlar açıldıqda baş verir. Meyvə iyulda, oktyabrda yetişir, qışda da ağacın üzərində qalır.
Ekologiyası Soyuğa davamlıdır. Torflu və otlu bataqlıqlarda, nəmişli çəmənlik və meşələrdə, vadilərdə bitir. Dağlarda meşənin yuxarı sərhəddində dəniz səviyyəsindən 2000-2500 m hündürlüyə qalxır.
Azərbaycanda yayılması Kiçik Qafqazda təbii halda rast gəlinir.
İstifadəsi Dekorativ görünüşə malikdir. Çay kənarlarında rütubətli ərazilərin yaşıllaşdırılmasında istifadə edilir. Yarpaqlarından ağrı götürücü vasitə kimi və tərləmədə istifadə edilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Avropa florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları