Bir dəfə Qafqazda () — Cavid İmamverdiyevin rejissoru olduğu keçmiş KVN komandaları Azərbaycanın Parn iz Baku (“Bakılı Oğlanlar") və Dağıstanın “Mahaçqala Avaraları"nın () birgə işi. Azərbaycan və Dağıstanın birgə kinokomediyası.

Məzmun Filmdə söhbət sədaqətli dostlardan gedir. O dostlardan ki, dar ayaqda, ağır gündə insanın köməyinə məhz onlar gəlirlər.

Kazbek Dağlarov (Bəhram Bağırzadə) "Lastoçka" adlı pansionatın müdiridir. Lakin Yaramazov (Fuad Osmanov) onun quyusunu qazmaqla məşğuldur, nazir Fatimə xanıma (Gülşən Qurbanova) onun haqqında gərəksiz məlumatlar ötürür. Nəhayət, Fatimə xanım Kazbekin qabağında şərt qoyur. Əgər Krasnodardan pansionatda qalmağa gələn yüngül atletika üzrə qızlar komandasından kiçik bir şikayət gəlsə, o Kazbeki işdən çıxaracaq. Belə çətin vəziyyətə düşən Kazbek dostlarını köməyə çağırır. Və Kazbekin sadiq dostları onu bu çətinlikdən qurtarır.

Film haqqında Film aktrisa Gülşən Qurbanovanın kinoda son işidir. Film hazır olmamış G.Qurbanova vəfat etdiyindən onun rolunu Sənubər İsgəndərli səsləndirib. Film Tamerlan Ömərovun xatirəsinə həsr olunmuşdur. Filmdə qaraçı mahnısı səslənmişdir. Filmin çəkilişlərinə Buzovna qəsəbəsinin sakinləri köməklik göstərmişlər. Filmdə "Parni iz Baku", "Maxaçkalinskiye Brodyaqi" komandalarının üzvləri və Rus Dram və Akademik Milli Dram teatrlarının aktyorları çəkilmişlər. Filmin çəkilişləri zamanı "Maxaçkalinskiye Brodyaqi" komandasının filmə çəkilən üzvlərindən biri avtomobil qəzasında həlak olmuşdur. Filmin Azərbaycandakı premyerası 14, 15 və 16 fevral 2007 tarixlərində Heydər Əliyev Sarayında olub.

Filmin heyəti (titrlərdəki sıraya görə)

Film üzərində işləyənlər Ssenari müəllifi: Artur Əliyev, Marat Hacıyev, Səid Davdiyev, İbrahim Məhəmmədov, Elçin Əzizov, Cavid İmamverdiyev Quruluşçu rejissor: Cavid İmamverdiyev Quruluşçu operator: Samir Həsənov Bəstəkar: Benya Anisimov, Eyzer Səs rejissoru: Teymur Abdullayev Montaj edən: Pərviz Dərafərin, Atif Əbutalıbov İcraçı prodüser: Əbdülnəsir Kutiyev Baş prodüser: Şumi Şabatayev İdeyanın müəllifi: Anar Məmmədxanov Rejissor assistenti: Natiq Muxtarov, Olqa Martınova, Viktoriya Lerman Operator assistenti: Kamal Cəfəroğlu Sualtı çəkilişlərin operatoru: Kamal Dəniz Dekor rəssamı: Elşad Fətəliyev Qrim rəssamı: Vəfa Yunusova (Vəfa Yunisova kimi), Aybəniz Yunusova Operator qrupu: Aydın Ələkbərov, Nikolay Murlenkov, Zaur Mehdiyev İşıq ustası: Səid Zalıyev, Ömər Kutiyev İnzibatçı: Elşad Vahidov, Hüseyn Hüseynov, Yaqub Seyidov Aranjiman: Eyzer Mahnı mətninin müəllifi: Vitali İqolnikov Mahnının səs rejissoru: Samir Əsədov Mahnı ifa edən: Salman Bayramov, Georgi Çernoqorov Kadrarxası səs: Azər Məmmədzadə Musiqisindən istifadə edilən bəstəkar: İbrahim İmaməliyev ("Dostlara İthaf" mahnısı) Şeirlərindən istifadə edilən müəllif: Aleksandr Puşkin, Mixail Lermontov, Bulat Okucava

Rollarda Bəhram Bağırzadə – Kazbek Hacımurad Nəbiyev – Kazbekin dostu Elçin Əzizov – Kazbekin dostu Azər Məmmədzadə – Kazbekin dostu Xəlil Musayev – Fazil Ratmir İbrahimov – Kazbekin dostu Emil Abbasov – Kazbekin dostu Arsen Tarknayev – stajçı Murad Dadaşov – Kazbekin dostu Benya Anisimov – Kazbekin dostu İbrahim Məhəmmədov – Kazbekin dostu Gülşən Qurbanova – Fatimə xanım Nataliya Baliyeva – komandanın treneri Milana Mərdaxanova – Katya Naina İbrahimova – komandanın üzvü Bella Safina – komandanın üzvü Alina Tsaplina – komandanın üzvü Nahidə Əliyeva – katibə Fuad Osmanov – Yaramazov Nahidə Rostovskaya – komandanın üzvü Samir Abdullayev Mirsəməd Seyidov Danil Şabatayev Ələsgər Məmmədoğlu – rüşvət verən Vahid Əliyev Elariz Məmmədoğlu – pansionatı tərk edən İbrahim İmaməliyev Georgi Çernoqorov İnna Xager Zaur Əliyev Nadya Azakelova Nuranə Ələsgərova Elnarə Baxşəliyeva Olqa Martınova Liliana Paşayeva Vera Petrenko Nadir Əbdülrəhimbəyov Həsən Cəfərov Zülfüqar Rüstəmzadə Kamran Talışınski Sürəyya Talışınskaya (Sürəyya Talışınski kimi) Cavad Cavadov Nigar Cavadzadə Cəfər İmaməliyev Sənubər Eldarova Fəridə Nesterenko Failə Orucova Həcər Ağayeva Rauf Zeynalov Ayna Feyzullayeva Məlahət Əbukejdarova Dünya İbrahimova Ülkər Məmmədova Nərgiz Əbdülrəhmanzadə Şəlalə Şahvələdqızı – Arvad Sevinc Əliyeva – Fazilin arvadı Günel Şahverdiyeva Vəfa Məmmədova Ruslana Abbasova Sair İbrahimov Natiq Muxtarov Yaqub Seyidov Emin Mirabdullayev – Təzəbəy Aydın Ələkbərov Əbdülnəsir Kutiyev Ömər Kutiyev Elşad Vahidov Xalidə Quliyeva Sergey Zenyuk Anna Rekun Fərid Xəyarbəyov İnna Meşanina Anton Saburov – kaskadyor Aleksandr Mahmudov – kaskadyor Elmin Salmanov – kaskadyor Nicat İsgəndərov – kaskadyor

Filmi səsləndirən Sənubər İsgəndərli – Fatimə xanım (Gülşən Qurbanova) (titrlərdə yoxdur)

Çəkilişə köməklik edən qurumlar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Dağıstan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Gənclik" Beynəlxalq Turist Mərkəzi Heydər Əliyev adına Respublika Sarayı MM Production "Azercell" "İtaldizayn" Qrup AGBank World Telecom Bəh-Bəh Klub "Praqold" "Sokolinnaya Oxota" Moskva Restoranı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı Şəhriyar adına Mədəniyyət Mərkəzi Bakı Zooparkı Bakı Dəmiryolu Vağzalının İdarə Heyəti "Akva Sport" Sağlamlıq Kompleksi

Çəkilişə kömək edənlər Əbülfəs Qarayev Faiq Babayev Bədəvi Süleymanov Gövhər Həsənzadə Azər Hüseynov Leyla Nəsrullayeva Elçin Rzayev Oqtay Qəniyev

İstinadlar

Kateqoriya:2007-ci ilin filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Rusca filmlər