250px|thumbnail|right|Noxudlu dovğa

Dovğa — Azərbaycanın milli yeməyi.

Tərkibi thumb|right|Hazırlanan zaman.

Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz.

Hazırlanma qaydası Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.

Mənbə Azərbaycanın sulu xörəkləri Ləziz dovğa hazırlamanın qaydası

Kateqoriya:Azərbaycan şorbaları Kateqoriya:İran mətbəxi Kateqoriya:Azərbaycan dilində sözlər və ifadələr Kateqoriya:Qidalar Kateqoriya:Azərbaycan ixtiraları Kateqoriya:Özbəkistan mətbəxi