Aşağı Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Ləki kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağdaş rayonunun Aşağı Ləki kəndi Orta Ləki kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Ləki kənd inzibati-ərazi vahidi yaradılmışdır.

Toponimikası Oykonim "Aşağıda yerləşən Ləki kəndi" deməkdir. Etnotoponimdir.

Coğrafiyası və iqlimi Kənd rayon mərkəzindən 17 km cənubda, Ləki dəmiryolu stansiyasından 8 km, Türyançayın sağ sahilindən 4 km aralı, Şirvan düzündə yerləşir.

Əhalisi

İstinadlar

Həmçinin bax

Kateqoriya:Ağdaş rayonunun kəndləri