Aşağı Nemətabad — Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Nemətabad kənd inzibati ərazi dairəsində kənd. Əhalisinin sayı 948 nəfərdir (2009).
Yuxarı Şirvan kanalından bir qədər aralı, Şirvan düzündədir. Yaşayış məntəqəsini keçmiş Nemətabad (indiki Yuxarı Nemətabad) kəndindən köçmüş ailələr salmışlar. Aşağı sözü kəndin coğrafi mövqeyini göstərir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Coğrafiyası və iqlimi Rayon mərkəzindən 20 km qərbdə, Yuxarı Şirvan kanalından 10 km aralı, Bakı—Qazax şose yolu kənarında, Şirvan düzündədir.
İstinadlar
Kateqoriya:Ağdaş rayonunun kəndləri