Rani Mukherci (ing. Rani Mukerji və ya Rani Mukherjee) — əslən Hindistanlı film aktrisası. Mukherci-Samart ailəsində anadan olan Rani aktyorluq sahəsində hələ məktəbdə oxuyarkən Biyer Phool (1996) filmi ilə debüt etmişdir. Bollivudda əsas karyerasına 1997-ci ildə çəkildiyi Mənim kralım gələcək filmi ilə başlayıb. Növbəti il isə Karan Coharın rekordlar qıran və romantika janrında olan Nəsə baş verir filmində rol alıb. Bu filmdəki performansına görə Filmfare Ən Yaxşı Köməkçi Aktrisa Mükafatına layiq görülüb.

21 aprel 2014 Rani və Aditya Çopra ilə evlənib.

Həyatı thumb|right Rani Mukherci 21 mart 1978-ci ildə Qərbi Benqaliyanın Kəlkütə şəhərində anadan olmuşdur. Mukherci ailəsi özünə görə çox tanınmış ailə sayılır. Raninin atası Ram Mukherci tanınmış rejissor, anası isə müğənnidir.

Rani, Maneckjee Cooper orta məktəbini bitirmişdir. Tezliklə o, Mumbayın kino istehsalçılarından təkliflər almağa başlayır. O, Bollivuda gedir və nəticədə dünya kino sənayesinin ən yaxşı aktrisalarından birinə çevrilir.

Onun 1996-cı ildə çəkildiyi ilk film olan "Raja Ki Aayegi Baraat" o qədər uğur qazana bilmir. Rani Mukhercinin çəkildiyi "Həyatda hər şey olur" (1998) ekran əsəri onun böyük müvəffəqiyyət qazanmasına səbəb olur. O, bu filmdə Hindistan kinosunun əfsanəsi, aktyor Şahrux Xanla tərəf-müqabil olmuşdu.

Bu filmdən sonra Raniyə gələn kino təklifləri daha da artır. O, 2002-ci ildə "Sevgi anatomiyası" filminə çəkilir. 2004-cü il Rani üçün daha uğurlu gəlir. Hindistanın nəhəng kinokompaniyalarından olan "Yash Raj Films" Rani ilə əməkdaşlıq edir. Möhtəşəm kino nümunəsi olan "Vir və Zara" filmində (rejissor: Yaş Çopra) ifa etdiyi rol geniş tamaşaçı auditoriyasının rəğbətinə səbəb olur.

Aktrisa eyni zamanda estrada səhnəsində beynəlxalq turneydə də özünü sınamışdır. "Temptations-2004" turu Rani üçün ən uğurlu konsertlərdən biri olur. Rani həmin turneydə Şahrux Xan, Səif Əli Xan, Priti Zinta, Arcun Rampal, Priyanka Çopra kimi nüfuzlu aktyorlarla birgə iştirak etmişdir.

Rani Mukherci 3 dəfə (2005-ci ildən 2007-ci ilə qədər) "Bollivudun ən yaxşı aktrisaları" siyahısına başçılıq etmişdir.

2006-cı ilin fevralında "Filmfare" jurnalı "Bollivudun 10 böyük ismi" siyahısında onu səkkizinci, 2007-ci ildə isə 5-ci yerə layiq görmüşdür.

Maraqlı faktlar Boyu: 160 smİnternet Movie Database – İMDB:Biography for Rani Mukherjee Break Media: "Rani:The Flop Queen" Çəkisi: 56 kqPink Villa: Secret to How rani's weight loss

Filmoqrafiya İl Film Filmin orijinal adı Rolu Qeydlər 1996 Güllər (film, 1996) Biyer Phool Rimi 1997 Mənim kralım gələcəkdir (film, 1997) Raja Ki Aayegi Baraat Mala 1998 Əsir (film, 1998) Ghulam Alişa 1998 Nə isə baş verir Kuch Kuch Hota Hai Tina Malhotra Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa 1998 Xına (film, 1998) Mehndi (film)|Mehndi Puca 1999 Dəyər (film, 1998) Mann "Kaali Naagin Ke" musiqisi üçündəvət olunub 1999 Salam qardaş (film, 1999) Hello Brother Rani 2000 Duman (film, 2000) Badal Rani 2000 Oh Tanrım (film, 2000) Hey Ram Aparna Ram 2000 Hadh Kar Di Aapne Anceli Xanna 2000 Əqrəb (film, 2000) Bichhoo Kiran Bali 2000 Hər bir sevən ürək (film, 2000) Har Dil Jo Pyar Karega Puca Oberoy Nominasiya — Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa 2000 Bu sevgi deyil umiddir (film, 2000) Kahin Pyaar Na Ho Jaaye Priya Şarma 2001 Yad uşaq (film, 2001) Chori Chori Chupke Chupke Priya Malhotra 2001 Bas Itna Sa Khwaab Hai Pooja Shrivastav 2001 Nayak: The Real Hero Manjari 2001 Kabhi Khushi Kabhie Gham… Naina Kapoor Cameo 2002 Pyaar Diwana Hota Hai Payal Khuranna 2002 Mujhse Dosti Karoge! Pooja Sahani 2002 Saathiya Dr. Suhani Sharma/Sehgal Filmfare Critics Award for Best ActressNominasiya — Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa 2002 Chalo Ishq Ladaaye Sapna 2003 Məhəbbət yolları ilə (film, 2003) Chalte Chalte Priya Chopra Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa 2003 Chori Chori Khushi Malhotra 2003 Calcutta Mail Reema/Bulbul 2003 Sabah açılacaq, yoxsa yox? Kal Ho Naa Ho "Mahi Ve" musiqisi üçün dəvət olunub 2003 LOC Kargil Hema 2004 Yuva Sashi Biswas Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa 2004 Hum Tum Rhea Prakash Filmfare Ən Yaxşı Aktrisa 2004 Vir və Zara: Məhəbbət əhvalatı Veer-Zaara Səmiyə Siddiqu Nominasiya — Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa 2005 Black Michelle McNally Filmfare Award for Best ActressFilmfare Critics Award for Best Actress 2005 Bunty Aur Babli Vimmi Saluja (Babli) Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa 2005 Paheli Lachchi 2005 Mangal Pandey: The Rising Heera 2006 Kabhi Alvida Naa Kehna Maya Talwar Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa 2006 Baabul Malvika "Milli" Talwar/Kapoor 2007 Ta Ra Rum Pum Radhika Shekar Rai Banerjee (Shona) 2007 Laaga Chunari Mein Daag Vibhavari Sahay (Badki)/ Natasha Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa 2007 Saawariya Gulabji Nominasiya — Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa 2007 Om Şanti Om Om Shanti Om Özü "Deewangi Deewangi" musiqisi üçün dəvət olunub 2008 Thoda Pyaar Thoda Magic Geeta 2008 Bu cütlüyü Tanrı yaradıb (film, 2008) Rab Ne Bana Di Jodi "Phir Milenge Chalte Chalte" musiqisi üçün dəvət olunub 2009 Luck by Chance Herself 2009 Dil Bole Hadippa! Veera Kaur/Veer Pratap Singh 2011 No One Killed Jessica Meera Gaity Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa 2012 Aiyyaa Meenakshi Deshpande 2012 Talaash Roshni Shekhawat 2013 Bombay Talkies Gayatari 2014 Mardaani Shivani Shivaji Roy

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Hindistan aktrisaları Kateqoriya:Hindistanda doğulanlar Kateqoriya:Mumbayda doğulanlar Kateqoriya:XXI əsr aktrisaları