Yusifov Zəki İslam oğlu () — Azərbaycan şairi, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü.
Həyatı Zəki İslam 10 avqust 1939-cu ildə Göyçə mahalının Krasnoselsk rayonunun Cil kəndində anadan olub. 1946–1954-cü illərdə Cil kənd natamam orta məktəbində oxumuş, 1957-ci ildə Basarkeçər rayonu Şişqaya kənd orta məktəbini bitirmişdir. 1960–1963-cü illərdə İrəvan kənd təsərrüfatı texnikumunun mühasiblik fakültəsində oxuyub.
1958–1969-cu illərdə kimi Cil kəndinin kolxozunda mühasib, iqtisadçı, baș mühasib, 1969–1970-ci illərdə isə Cil kənd orta məktəbində müəllim işləmişdir.
1973-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunu, 1979-cu ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib.
1970–1975-ci illərdə Çəmbərək rayonunun Şorca kənd kolxozunda baş mühasib, 1975–1977-ci illərdə Əmrxeyr kolxozunda kolxoz sədri, 1977–1980-ci illərdə Şorca sofxozunda sofxoz direktoru olmusdur. 1980–1988-ci illərdə Şorca kərpic zavodunda baş mühasib işləmişdir.
1988-ci ilin noyabr ayında qaçqın düşdükdən sonra Bakı șəhərində məskunlaşmışdır. 1989–1996-cı illərdə Abşeron rayonunun Mehdiabad sofxozunda iqtisatçı, Novxanı sofxozunda isə baş mühasib vəzifələrində işləmişdir.
1996–1999-cu illərdə İslam Turizm şirkətinin təsisçisi və müdiri olmuşdur. 1999–2004-cü illərdə Binəqədi rayonunun M. Ə. Rəsulzadə Bələdiyəsinin üzvü seçilmiş və sədr müavini işləmişdir. 1999–2017-ci illərdə Humay şadlıq sarayının sahibi olmuşdur.
Şeirlərini əsasən dini mövzuda yazır. Müasir aşıq şerinin tanınmış nümayəndəsi, dini şeir və poemaların müəllifidir.
Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı olmuşdur.
1993-cü ildə Kərbəla, 1994-cü ildə Məşhəd, 1995-ci ildə isə Həcc ziyarətində olmuşdur.
1 noyabr 2017-ci ildə Bakıda vəfat etmişdir.
Əsərləri Göyçənin tonqalı sinəmdə yanır. Bakı: 1995. Əlim tanrı ətəyində. Bakı: Önər, 1995. Ziyarətgahlarım mənim. Bakı: 1996. Ziyarətgahlarım mənim. Tehran: 1997. (fars əlifbası ilə) Dünya Nura bələndi. Bakı: 1998 Qətli, Mərhəb Fəthi Xeybər Əlidi. Bakı: 2000 Məktublar, cavablar, yeni şeirlər. Bakı: 2001. Hər bir sözün əvvəlində. Bakı: 2004 Seçilmiş əsərləri. I cild. Bakı: Asiya, 2005, 799 səh. Dini əsərlər. Bakı: 2006 Haqq yerindədir. Bakı: 2009 Karvanım yoldadı. Bakı: 2016
Məqalələri El şairi Miskin Abdal. "Günaydın" qəzeti, № 27–28, 28–30 aprel və 1–4 may 1998-ci il.
Haqqında yazılanlar Misir Subatanlı. "Mən Vətəndə vətənsizəm". Mingəçevir: 2002, səh. 5–122. Savalan Talıblı. "Tanıdığım və tanımadığım Zəki İslam". "Kaspi qəzeti", № 100 (1807), 11 iyun 2008-ci il.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Hacılar Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Kateqoriya:"Qızıl qələm" media mükafatı laureatları Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Kolxoz sədrləri Kateqoriya:Məhəmməd Əmin Rəsulzadə bələdiyyəsinin üzvləri