Gülməmmədli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Gülməmmədli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi I Şah Abbas zamanından yaranması iddia edilir. Kəndin adı yerli sakinlərin dediyinə görə Məmməd adlı adamın bu şoranlıq əraziyə köçməsi və bu ərazini gözəl bir yerə çevirməsi ( yəni güllü - çiçəkli bir yerə ) nəticəsində olmuşdur. Digər bir yerli rəvayətə görə isə Məmmədin qəmginliyi ilə bağlı bir yerli rəvayətdir (əsasən anası ilə bağlı bir rəvayət hesab olunur).

Toponimikası Cəlilabad kəndi burada məskunlaşmış gülməmmədli nəslinin adını daşıyır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2523 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Mədəniyyəti Əhali əsasən İslam dininə riayət edir. Qədim zamanlardan isə atəşpərəstlik buranın iqtidar dini mədəniyyəti olmuşdur.

Həmçinin bax Cəlilabad rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəlilabad rayonunun kəndləri