Hasıllı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Seyidbazar kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Dağətəyi düzənlikdədir. Belə güman edilir ki, oykonim şamlı tayfalarından olan asıllı/osolluların adı ilə bağlıdır. Həmin tayfalar Quba və Şirvan zonasında da yaşamışlar. Zaqatala r-nunun Çobankol kəndində Asıllar məhəlləsi, Muğanlı kəndində asıllı nəsli, Qazax r-nunda hasıllı tayfası qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 404 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Cəlilabad rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəlilabad rayonunun kəndləri