Kürdəmiş — Azərbaycan Respublikasının Göyçay rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən cənub–şərqdə, Göyçay çayı sahilində, Şirvan düzündə yerləşən kənd.

Tarixi

Toponimikası Düzənlikdədir. Oykonim kür (çay, su) və dəmi/demi (dəmyə, su çıxmayan yer) sözlərindən, -ş (burada şiddətləndirmə bildirir) şək.-sindən ibarət olub, "tamamilə su çıxmayan yer, dəmyə, əkilməyən sahə" mənasındadır. 1917-ci və 1933-cü illərdə Şamaxı r-nu ərazisində də eyniadlı kənd qeydə alınmışdır. Oronim keçən əsrdə Kürdəmiç, Kürdəmic variantlarında işlənmişdir. Kürdəmiş toponimi ilə bağlı müxtəlif fikirlər, gümanlar vardır. Oykonim kür (çay, su) və dəmi/demi (dəmyə, su çıxmayan yer) sözlərindən, -ş (burada şiddətləndirmə bildirir) şəkilçisindən ibarət olub, “tamamilə su çıxmayan yer, dəmyə, əkilməyən sahə” mənasınadır.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1150 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Məşğuliyyəti Kənd əhalisi əsasən taxılçılıq, pambıqçılıq, bağçılıq, heyvandarlıq və baramaçılıqla məşğul olur.

Din Kənddə Kürdəmiş kənd məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az .

Həmçinin bax Göyçay rayonu Qubadlı Şıxlı Qəbələ Müskürlü Türkmən (Göyçay) Ulaşlı Şıxlı

Xarici keçidlər Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Göyçay rayonunun kəndləri