Qarabağlar — Azərbaycan Respublikasının Göyçay rayonunun Şəhadət kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Gəncə gəzasının Qarabağlar kənd yaşayış məntəqəsi XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın Naxçıvandan Qarabağa köçürdüyü kəngərlilərin qara­bağlar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır.

XIX əsrdə qarabağlar tayfasının Gəncə qəzasında yaşaması haqqında məlumat vardır.

Toponimikası Qarabağlar kəndi 19-cu əsrdə Gəncə qəzasından olan köçkünlər tərəfindən salınmışdır. 1856-cı ilə aid “Qafqaz təqvimi”nə görə, Qarabağlar kəndində (mənbəyə görə) “tatarlar”-sünnilər (sünni azərbaycanlılar) yaşayıb Azərbaycan dilində danışırdılar. 1886-cı ilə aid ailə siyahılarının materiallarında Qarabağların "Tatar" (Azərbaycan) kəndində 324 nəfər göstərilir ki, onlardan 292 nəfəri sünni, 32 nəfəri isə şiədir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 988 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Göyçay rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Göyçay rayonunun kəndləri

 | Qarabağlar (Samux) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.