Ledebur zanbağı () — zanbaqkimilər fəsiləsinə aid bitki növü. IUCN  Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir - EN A2c; D. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri Çoxillik  ot bitkisidir. Soğanaq oval və ya oval-yumurtavari, tünd-sarı, pulcuqludur. Gövdə hamar, 80-100 sm hündürlükdə, yarpaqlar xətvari və ya dar-xətvari, 10-12 sm uzunluğunda, enində, 3 ədəd qövsvari damarlıdır. Çiçəklərin çox hissəsi 1, bəzən 2-3 ağımtıl və ya sarımtıl, tünd-qırmızı nöqtəlidir. Yarpaqları neştərşəkilli və ya dar-neştərşəkilli, aşağı tərəfdən sıxılmış, orta hissəsi xaricdən burulmuşdur. Tozcuğu ağarmış sarı, qutucuq tırs-yumurtavari, altı qabarıq qanadlıdır.

Bioloji, еkoloji və fitosеnoloji xüsusiyyətləri Çiçəkləmə iyun, mеyvə əmələgətirmə iyul ayına təsadüf edir. Soğanaqla və toxum vasitəsilə çoxalır. Orta dağ qurşağında, meşələrdə və kolluqlarda yayılmışdır. Mezoksеrofitdir. Geofit bəzək bitkisidir.

Yayılması Lənkəranın dağlıq hissəsi.

Sayı və tеndеnsiyası  İtmə təhlükəsi altında olan  yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır.

Məhdudlaşdırıcı amillər Əhali tərəfindən yığılması və iqlimin dəyişilməsi azalma təhlükəsini yaradır.

Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma yerlərinin axtarılması vacibdir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qırmızı kitaba düşmüş bitkilər Kateqoriya:1875-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Azərbaycan florası Kateqoriya:İran florası Kateqoriya:Con Gilbert Beyker tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Zanbaq Kateqoriya:Pyer Edmond Boissier tərəfindən adlandırılmış taksonlar