() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Cənubi Zaqafqaziyada nadir endemik növdür. Şuşa (Şuşa və Turşsu sovxozu ətrafında), Əsgəran (Topxana) və Hadrut (Domu, Tağ, Tuğ kəndləri ətrafında) rayonlarında yayılmışdır. Dəniz səviyyəsindən 1800 m hündürlüyə kimi daşlı-çınqıllı yamaclarda bitir. Tək-tək rast gəlir, bəzən də kiçik cəngəlliklər əmələ gətirir.
Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Soğanaq 1,5-2 sm diametrində qonur qınla örtülüdür. Qın daxilində tükcüklüdür. Gövdə 40-50 sm hündürlükdədir. Aşağı yarpaqlar enli, yuxarı dar-neştərşəkilli, uzundur. Çiçəkləri təkdir, sarı bəzən tünd—qırmızı, 3-4,5 sm uzunluğundadır. Çiçəkyanlığı yarpaqcıqları demək olar ki, bərabər, küt və ya aydın olmayan iti sonluqludur. Erkəkcik çiçəkyanlığından qısa, erkəkcik sapı sarı, tozcuqdan uzundur.
Biloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə mart, meyvə əmələgətirmə may ayına təsadüf edir. Soğanaqla çoxalır. Aşağı və orta dağ qurşaqlarında, qayalıqlarda, meşələrdə və kolluqlarda yayılmışdır. Kseromezofitdir. Dekorativ bitkidir.
Yayılması Kiçik Qafqazın mərkəzi hissəsi (Şuşa rayonu), Naxçıvanın dağlıq hissəsi.
İstinadlar
Həmçinin bax