Fərhad bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov (az. Fərhad bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov; 15 iyun 1805, Tuğ, Qarabağ xanlığı – 1889, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — Qarabağ atlı alayının zabiti, mülkədar, Hacı

Həyatı Fərhad bəy 15 iyun 1805-ci ildə Dizaq mahalının Tuğ kəndində anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir. Mədrəsə təhsili almışdı. Şərq dillərini və rus dilini öyrənib. Qarabağ atlı alayında xidmət edib.Qarabağ atlı alayı Poruçik rütbəsində olub. Fərhad bəy Məkkəyə ziyarət edib, Hacı ünvanını daşıyıb.

O zamanın şairləri ilə Hacı Fərhad bəyin yazışmaları var. XIX əsrdə Tuğ kəndi Qarabağda həm siyasi, həm də mədəni-ədəbi mərkəz idi. Məlik-Aslanovlar kimi nüfuzlu bəy ailəsi şair və aşıqlar üçün məclislər təşkil edirdilər. Fərhad bəy məclislərdə dövrünün çox məşhur qadın aşıqlarından olan Aşıq Pəri ilə görüşür, intriqa və rəqabət yaranırdı. Fərhad bəy və Pəri arasında məhəbbət əlaqəsi olduğu xalq arasında yayılırdı. Pərinin Fərhad bəyə rəğbəti yalnız məhəbbət deyil, həm də onun savad və mədəniyyətinə görə idi. Tuğ kəndi məclislərində Pəri bəzən öz şeirlərində Fərhad bəyə ünvanlanmış gizli mesajlar verirdi. Bu, digər aşiq və şairləri qısqandırır, nəticədə ədəbi həcv və satira ortaya çıxırdı. Tanınmış şəxslər arasında Cəfərqulu xan Nəva da Aşıq Pərini Fərhad bəyə qısqanırdı, Məhəmməd bəy Aşiq isə Fərhad bəyi Aşıq Pərinin gözündən salmaq üçün çox çaba xərcləyib. Amma, xüsusilə onların əlaqələrinə mənfi münasibət göstərən Qasım bəy Zakir idi. Qasım bəy öz şeirlərində Pərinin sevdiyi adama görə kinayəli və bəzən çox sərt, nalaiq ifadələr işlədib.

Fərhad bəylə münasibətləri ətrafında yaranan bütün intriqalara Aşıq Pəri şeirlə qısa cavab verdi:

Aşıq Pərinin Məlik Aslanın oğlu, şair təbli Hacı Fərhadla da şeirləşmələri olduğunu söyləyirlər., Lakin onların bu deyişmələri əldə yoxdur.

Həmçinin Fərhad bəy tanınmış rus şairi A.S. Puşkinlə görüşmüşdü.Zəhra Muradova. Şuşa, hər daş-qayası tarix. Bakı-2022. "Orxan" NPM. səh. 95. ISBN 978-9952-37-808-5 Puşkin ona şeir həsr etmişdi.

Hərbi karyerası Rusiya–Osmanlı müharibəsi (1828–1829) zamanı qraf Paskeviç Qarabağ əyalətinin azərbaycanlı sakinlərindən ibarət 4 müsəlman süvari alayı və Kəngərli süvariləri yaradır. Fərhad bəy 1-ci müsəlman süvari (azərbaycanlı) alayında xidmət etməyə başladı. 1-ci müsəlman süvari Nikolay Rayevskinin birləşmiş süvari briqadasının tərkibinə daxil oldu. Briqadanın tərkibində azərbaycanlı əsgərlər mühüm döyüş tapşırıqlarını uğurla yerinə yetirirdilər.

1829-cu ildə Puşkin fəal orduya qoşulmaq üçün Qafqaza dostu Raevskinin yanına gedir. Orada Puşkin Fərəculla bəylə görüşür və bir müddət sonra bu görüşü "Путешествии в Арзрум" (Ərzruma səyahət) əsərində təsvir edir. Şair Raevskinin briqadasında olduğu vaxt ərzində mayor Abbasqulu ağa Bakıxanov, kapitan Fərəcula bəy və poruçik Fərhad bəy obrazlarından yazmışdır.

Döyüş meydanlarında fərqləndiyinə və şücaətinə görə 1829-cu ildə Fərhad bəy IV dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilib.

Fərhad bəy igidliyinə görə 11 may 1830-cu ildə praporşik rütbəsini alıb.

Varşavaya göndərilən Zaqafqaziya Müsəlman Süvari Alayının tərkibində Fərhad bəydə olmuş və 1834-ci ilin noyabr ayında poruçik rütbəsinə yüksəlmişdi.

Ailəsi Həyat yoldaşı Xatay xanım Övladları: Mehdi bəy (1839, Tuğ – 1923, Tuğ), Cəfər Qulu bəy (1847, Tuğ –?), Aslan bəy (1853, Tuğ – 1926, Tuğ), Sadıx bəy (1855, Tuğ – XX əsr), Səlim bəy (1860, Tuğ –?), Maytaban xanım, Püstə xanım, Nobat xanım Atası Məlik Aslan bəy Dizaq mahalının son məliyi və naibi olmuşdu, həmçinin rus üsul-idarəsi dönəmində Zəngəzur mahalının da naibi kimi xidmət edirdi. — Историк Ризван Гусейнов, CBC TV Азербайджан. Oğlu Aslan bəyin birinci xəyat yoldaşı Asya xanım dünyasını dəyişəndən sonra onun bacısı Ziba xanımla yaşam qurur. Bacıların hər ikisi Mir Mehdi Xəzaninin övladları idi.

Mükafatları IV dərəcəli Müqəddəs Anna ordeni — 1829-ci il.

Rütbələri praporşik — 11 may 1830-cu. poruçik — noyabr 1834-cü.

Yaddaş 1829-cu ildə Qafqazda olduğu zaman Aleksandr Puşkinə general Rayevski gənc zabiti Fərhad bəy Məlik-Aslanovu şairə “Фаргат-Бек, сын Малик Аслана из Карабаха” - yəni “Qarabağlı Məlik Aslanın oğlu Fərhad bəy” kimi təqdim etmişdi. Fərhad bəyin şəxsi keyfiyyətləri, davranışı və Şərq mədəniyyətinə bağlılığı Alexandr Puşkinə böyük təsir bağışlamışdı. Bu təsirin nəticəsi olaraq şair “Лагерь при Евфрате” (“Fərat sahilində düşərgə”) adlı əlyazmasında “Из Гафиза” (“Hafizdən”) silsiləsinə daxil olan “Шеер I. Фаргат Беку” (“Şeir I. Fərhad bəyə”) adlı şeirini məhz ona həsr etmişdir.

Bu fakt Azərbaycan tarixi üçün maraqlı və diqqətəlayiq hadisədir. Belə ki, bu şeir XIX əsrdə Qarabağdan olan bir azərbaycanlı zabitin böyük rus şairinin yaradıcılığında özünəməxsus iz qoyduğunu göstərir.

Şeir ilk dəfə 1830-cu ildə Sankt-Peterburqda nəşr olunan “Tsarskoye selo” almanaxının 233-cü səhifəsində dərc edilmişdir. Bu fakt Fərhad bəy Məlik-Aslanovun adının XIX əsr rus ədəbiyyatı tarixində də qeyd olunmasına səbəb olmuşdur. Ərzrum səfərindən qayıtdıqdan bir müddət sonra Alexandr Puşkin Moskvaya səfər edir. O, burada tez-tez Uşakovlar ailəsinin qonağı olur və ailənin üzvlərindən Yekaterina Uşakova ilə səmimi münasibətlər saxlayırdı. Uşakovlar Presnya bölgəsində, Zamorenova küçəsi,16 ünvanında yaşayırdılar. Bu ev Moskvada dövrünün tanınmış yazıçıları, musiqiçiləri, rəssamları və müğənnilərinin toplaşdığı bədii-artistik mühit kimi məşhur idi. 29 sentyabr 1829-cu ildə həmin evdə təşkil olunan növbəti ballardan birində Puşkin Ərzrum səfəri zamanı gördüklərindən, tanış olduğu insanlardan və Qafqaz səfərinin təəssüratlarından danışır. Şairin söhbətlərindən ilhamlanan həmin axşamın qonaqlarından biri - istedadlı rəssam Novikov sadə karandaşla gənc və yaraşıqlı bir zabitin portretini çəkir. Bu, Puşkinin Qafqazda tanış olduğu Fərhad bəy idi. Şair portretin bənzərliyinə o qədər təəccüblənmişdi ki, rəsmin aşağı hissəsində “Фаргат-Бек” (“Fərhad bəy”) sözlərini yazmışdır.

Həmçinin bax Məlik-Aslanovlar

Mənbələr Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. F.290. Op.23. D.15402. Доклады АН Азерб. ССР, 1949, т. V, № 4. Уч. зап. Азерб. пед. ин-та. Серия литературы и языка, 1966, № 2. N. A. Cavanşir. Məlik-Aslanovların soyağacı haqqında, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, Səda, Bakı, 2001, səh. 27 ISBN 5-86871-204-4 E. E. İsmaylov. Məlik-Aslanovlar nəslinə dair dəqiqləşdirmələr (rus dilində), Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu" nəşriyyatı, 2001, səh. 164 ISBN 9952-25-001-0 Ənvər Çingizoğlu. Qarabağ atlı alayı, "Soy" dərgisi, 7 (38), 2010. səh. 33–42. Ənvər Çingizoğlu. Məlik Yeqan və onun törəmələri. "Soy" elmi-kütləvi dərgi, 2011, № 3, səh. 23–34. Н. И. Ушаков. История военных действий в Азиатской Турции в 1828 и 1829 годах. Типография Эдуарда Праца и Ко. СПб. 1836. Часть вторая. Хаджи Мурат Ибрагимбейли. Россия и Азербайджан в первой трети XIX века (из военно-политической истории). Издательство «НАУКА» Главная редакция восточной литературы. Москва 1969. РВБ: А.С.Пушкин. Собрание сочинений в 10 томах. 1959—1962 (1959). Пушкин А. С. Собрание сочинений: В 16 т. — М.: Художественная литература, 1948. — Т. 3. Стихотворения, 1826—1836. Сказки. — С. 163. Л. П. Гроссман. Пушкин. M., 1968, с. 338. А. Л. Слонимский. Мастерство Пушкина. M., 1963, c. 91. Под заглавием «Фаргат-Беку» и с датой «1829» вошло в списки стихотворений, предназначаемых для издания, составленные не позднее середины сентября 1831 г. (ПД № 515 и 716; см. «Рукою Пушкина», стр. 257 и 260). Включено в цензурную рукопись третьей части «Стихотворений А. Пушкина» — ПД № 420, л. 8 (ЦР).

İstinadlar

Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Hacılar Kateqoriya:Məlik-Aslanovlar