() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.

Botaniki xarakteristikası Bir, iki, yaxud çoxillik otlardır; yarpaqları dişli və bütövdür. Çiçəkləri ağ, çəhrayı, yaxud qırmızıdır, yuxarı yarpaq qoltuqlarında yerləşən yalançı süpürgə çiçək qrupunda toplaşmışdır. Meyvəsi dördtilli fındıqcadan ibarətdir. Avropa, Asiya (tropik qurşaqdan başqa) və Şimali Afrikada 40–50 növü məlumdur. Azərbaycanda 5 növü bitir. Ağ dalamaz və gövdəniqucaqlayan dalamaz geniş yayılmış alaqdır. Tərkibində aşı maddəsi, saponin, askorbin turşusu, efir yağı və s. olduğu üçün xalq təbabətində istifadə edilir. Balverəndir.

Gövdəsi sürünən, qol-budaqlı olur. Yarpaqları diş-diş tünd yaşıl rəngdədir və mərkəzi damarcığın boyunca gümüşü ləkələr var. Yalançı çiçək göbəsində ağ, çəhrayı və purpur (al-qırmızı) rəngli çiçəkləri olur.

Sinonimləri Heterotipik sinonimləri

Növləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Avrasiya florası Kateqoriya:Bağ bitkiləri Kateqoriya:25–29 ID olan Taksonbar