Ernest Leopold Viktor Karl Avqust İosif Emix (; ) — IV Layninqen şahzadəsi.
1830-cu ildə Bavariyada dünyaya gəldi. Atası Layninqen şahzadəsi və Britaniya kraliçası Viktoriyanın ögey qardaşı Karl Frederik, anası isə Mariya von Klebeslsberqdir.
1849-cu ildə Britaniya donanmasında hərbi karyeraya başladı və İkinci Birma müharibəsi və Krım müharibəsində iştirak etdi. 1860-cı ildə kapitan, 1887-ci ildə admiral rütbəsinə yüksəldi. 1895-ci ildə isə hərbi karyerasından təqaüdə ayrıldı.
Atasının vəfatının ardından 1856-cı ildə Layninqen şahzadəsi ünvanını aldı. 11 sentyabr 1858-ci ildə Karlsruedə Böyük Baden hersoqu I Leopoldun qızı Mariya Amaliya ilə evləndi. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.
Alberta (1863-1901) Emix Eduard (1866-1939)
1863-cü ildə boş qalan Yunanıstan taxtına namizəd göstərilsə də, bu təklifi geri çevirdi. 1904-cü ildə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Hermann Nehlsen (1997) (in German) Fürst Karl zu Leiningen (1804–1856). In: Gerhard Köbler, Hermann Nehlsen (Ed.): Wirkungen europäischer Rechtskultur. Festschrift für Karl Kroeschell zum 70. Geburtstag. Verlag C.H. Beck, München,
İstinadlar Kateqoriya:Almaniya siyasətçiləri Kateqoriya:Almaniya zadəganlığı Kateqoriya:Britaniya şəxsləri Kateqoriya:Qüdrətli Hamam ordeni laureatları