Con Aleksandr Stüart () — şotland yazıçısı, pedaqoqu və filosofu. O, 1875–1883-cü illərdə Oksford Universitetinin Krist-Çörç kollecində universitet professoru və klassik filologiya üzrə mühazirəçi, daha sonra Oksfordda Uaytın əxlaq fəlsəfəsi professoru olmuşdur. 1897-ci ildən 1927-ci ildə təqaüdə çıxanadək Korpus Kristi kollecinin professor-fellowu vəzifəsini tutmuşdur. Akademik fəaliyyəti boyunca Aristotelin əsərlərinə dair kitabların müəllifi və redaktoru olmuş, bu sahənin aparıcı mütəxəssislərindən biri hesab edilmişdir. Onun ən məşhur əsərləri Notes on the Nicomachean Ethics of Aristotle (1892) və The Myths of Plato (1905) kitablarıdır.

Bioqrafiyası Con Aleksandr Stüart 19 oktyabr 1846-cı ildə Moffatda, Dumfrisşir qraflığında keşiş, ilahiyyat doktoru Arçibald Stüartın böyük oğlu olaraq anadan olmuşdur. Edinburq Universitetində və Oksford Universitetinin Linkoln kollecində təhsil almışdır. 1868-ci ildə ingilis dilində şeir üzrə Nyudigeyt mükafatını qazanmışdır. Həmin il iyunun 17-də Oksfordda Şeldonian teatrında mükafat qazanan The Catacombs («Katakombalar») şeirini səsləndirmişdir. 1868-ci ildə klassik fənlər üzrə aralıq imtahanlarında, 1870-ci ildə isə yekun klassik imtahanlarında ən yüksək nəticə göstərmişdir. Üç il sonra magistr dərəcəsi almışdır.

Stüart Krist-Çörç kollecinin baş tələbəsi seçilmişSadleir, Michael. Michael Ernest Sadler: (Sir Michael Sadler, K. C. S. I.) 1861-1943; A Memoir by His Son. London: Constable, 1949. (s. 93) və 1870–1875-ci illərdə bu vəzifədə çalışmışdır. Daha sonra Helen C. Makmillanla evlənmişdir. Təhsilini başa vurduqdan sonra Krist-Çörçdə dərs deməyə davam etmiş, 1882-ci ilədək klassik filologiya üzrə mühazirəçi olmuşdur.Burke, Edmund, red. The Annual Register of World Events: A Review of the Year. Cild 175. London: Longmans, Green & Co., 1934. (s. 151) O, həmçinin vaxtaşırı repetitorluq etmişCohen, Morton Norton və Roger Lancelyn Green, red. The Letters of Lewis Carroll. Cild 1. New York: Oxford University Press, 1979. (s. 432) və 1897-ci ilədək fəlsəfə üzrə mühazirələr oxumuşdur.Stanford, Donald E., red. The Selected Letters of Robert Bridges. Newark: University of Delaware Press, 1984. (s. 1014) Reilly, Catherine W. Mid-Victorian Poetry, 1860-1879: An Annotated Biobibliography. London və New York: Mansell, 2000. (s. 438)

Sonrakı on il ərzində o, tədricən Aristotelin əxlaq fəlsəfəsi üzrə nüfuzlu mütəxəssis kimi tanınmışdır. Əsərləri arasında iki cilddən ibarət Nicomachean Ethics of Aristotle (1892) və The Myths of Plato (1905) kitabları yer alır. O, həmçinin Encyclopædia Britannica ensiklopediyasına məqalələr yazmışdır.

1897-ci ildə Oksford Universitetində Uaytın əxlaq fəlsəfəsi professoru təyin edilmiş və Korpus Kristi kollecinin elmi əməkdaşı olmuşdur.Holzberger, William G., red. The Letters of George Santayana. Cild 5. Cambridge: MIT Press, 2008. (s. 161) Həyat yoldaşı Helen 1925-ci ildə vəfat etmişdir. Stüart iki il sonra professor vəzifəsindən istefa vermişdir. Onların övladı olmamışdır. Stüart 27 dekabr 1933-cü ildə Oksfordda vəfat etmişdir.Brandt, Joseph A. "Literary Landmarks of 1934". Books Abroad. 9.1 (Winter 1935): 20+.

Biblioqrafiya The Catacombs (1868) The English MSS. of the Nicomachean Ethics (1882) Remarks on Certain Memorialists (1899) Notes on the Nicomachean Ethics (1902) The Myths of Plato (1905) Plato's Doctrine of Ideas (1909) Cambridge Platonists, Encyclopaedia of Religion and Ethics, red. J. Hastings, cild 3, 1910, s. 167–173. Platonism in English Poetry (1912) Oxford After the War & A Liberal Education (1919) — onlayn oxumaq

İstinadlar

Əlavə ədəbiyyat Morelli, Mark D. At the Threshold of the Halfway House: A Study of Bernard Lonergan's Encounter with John Alexander Stewart. Chestnut Hill, Massachusetts: Lonergan Institute at Boston College, 2007. Kateqoriya:Fəlsəfə tarixçiləri Kateqoriya:Oksford Universitetinin müəllimləri Kateqoriya:Şotlandiya şəxsləri Kateqoriya:XIX əsr filosofları Kateqoriya:XX əsr filosofları