Emix Karl (; ) — II Layninqen şahzadəsi.
1763-cü ildə Durkxaymda Layninqen şahzadəsi Karl Frederik Vilhelmin ən kiçik övladı olaraq dünyaya gəldi. Özündən yaşca böyük 3 bacısı olsa da, atasının yeganə oğul varisi idi və atasının 1807-ci ildə vəfatının ardından Layninqen şahzadəsi ünvanını miras aldı.
İki dəfə evləndi. İlk evliliyi 1787-ci ildə Ebersdorf Reys qrafı XXIV Henrixin qızı Henretta Sofiya ilə baş tutdu. Cütlüyün bu nigahdan 1 övladı olsa da, yetkinlik yaşına çatmadı.
Frederik Karl Henrix Lüdviq (1793-1800)
Xanımının 1801-ci ildə vəfatından sonra dul qaldı. İkinci evliliyi isə Saksen-Koburq-Zaafeld hersoqu Fransiskin qızı Viktoriya Mariya Luiza ilə 21 dekabr 1803-cü ildə Koburqda baş tutdu. Üstəlik seçilən gəlin namizədi ilk xanımının bacısı qızı idi. Cütlüyün bu nigahdan 2 övladı dünyaya gəldi.
Karl Fridrix Vilhelm Emix (1804-1856) Anna Feodora Avqusta Şarlotta Vilhelmina (1807-1872) 4 iyul 1814-cü ildə vəfat etdi və yeganə oğlu Karl hələ 10 yaşında anasının naibəliyi altında atasının mal-mülkünü miras aldı.
Mənbə
Ədəbiyyat
Wilson, Peter H. (29 February 2016). Heart of Europe: A History of the Holy Roman Empire. Harvard University Press. p. 663. ISBN 9780674058095 Thomas Gehrlein: Das Haus Leiningen. 900 Jahre Gesamtgeschichte mit Stammfolgen. Deutsche Fürstenhäuser. Heft 32. Börde Verlag, Werl 2011,
İstinadlar Kateqoriya:Almaniya zadəganlığı Kateqoriya:Bavariya tarixi Kateqoriya:XIX əsr şəxsləri