İsmayıl Hakkı Berkok (; ) — çərkəz əsilli Türk generalı, publisist, Qafqaz diasporu təşkilatlarının fəal üzvü, Türkiyə Böyük Millət Məclisinin deputatı. Həyatı Mənşəyi İsmayılın atası Əli Berkok Şimali Qafqazdan olan mühacir idi və əsilzadə Cərəştilər (Jərəştilər) nəslinin nümayəndəsi idi. O, Cünus Cərəştinin və Osman Cərəştinin doğma qardaşı idi. O, digər doğma qardaşı Yusif ilə birlikdə siyasi səbəblərdən 1877–1878-ci illər Rusiya-Türkiyə müharibəsi bitdikdən sonra Osmanlı imperiyası ərazisinə köçmüşdür.
Əli Bərkok Cərəştiyev tanınmış balkar knyazı İsmayıl Urusbiyevin atalığı olmuş və köç edən zaman rus imperator ordusunda ştabs-kapitan rütbəsinə qədər yüksəlmişdi. Köçdən sonra nəslin nümayəndələri Osmanlı imperiyasının ərazisində – Kayseri vilayətində, Pınarbaşı şəhəri yaxınlığında öz yaşayış məntəqələrinin əsasını qoyub onu Cərəşti (Jereştey) adlandırdılar. Sonralar bu məntəqə Yağlıpınar məhəlləsinə çevrildi. İsmayıl Berkok da məhz burada anadan olmuşdur.
Fəaliyyəti Gənclik illəri O, valideynlərini erkən yaşda itirmiş, lakin bütün çətinliklərə baxmayaraq, İsmayıl Berkok kənd ibtidai məktəbini bitirmiş, İstanbula gələrək orta məktəbdə oxumuşdur. Məktəbi bitirdikdən sonra 1907-ci ildə Osmanlı Hərbi Məktəbinə daxil olmuşdur. 1908-ci ildə İsmayıl Berkok baş leytenant hərbi rütbəsini alır. Məktəbi 1910-cu ildə kapitan rütbəsi ilə bitirmişdir. Təhsilini başa vurduqdan sonra Baş Qərargah bürosunda xidmətə göndərilmişdir.
Birinci Dünya müharibəsi dövrü İsmayıl Berkok Birinci Dünya müharibəsini Makedoniyada, Balkan cəbhəsində qarşılamışdır. Daha sonra o, Qafqaz cəbhəsi və Yaxın Şərq cəbhəsində, xüsusilə İraqdakı əməliyyatlarda və döyüşlərdə iştirak etmişdir. Birinci Dünya müharibəsinin döyüşlərində onun iki doğma qardaşı – Əhməd və Mahmud Bərkok da iştirak etmiş və Çanaqqala döyüşündə həlak olmuşlar.
Şimali Qafqazda fəliyyəti Rusiya imperiyasında fevral inqilabından sonra Şimali Qafqazda və Cənubi Qafqazda vahid və azad Qafqaz arzusunda olan separatçı qüvvələr gücləndi. Qafqaz xalqlarının bu çıxışına dəstək məqsədilə, Osmanlı imperiyası ilə Dağlılar Respublikası arasında 8 iyun 1918-ci il tarixində dostluq müqaviləsi imzalandıqdan sonra Osmanlı rəhbərliyi əsasən mühacir nümayəndələrindən yığılmış, İsmayıl Berkokun rəhbərliyi altında 652 əsgər və zabitdən ibarət ekspedisiya dəstəsini Dağıstana göndərdi. Dəstənin məqsədi bilavasitə dağlılardan ibarət Qafqaz İslam Ordusunu formalaşdırmaq idi. Dəstəyə dəstək olaraq 1918-ci ilin oktyabr ayının sonuna qədər Qafqaza general Yusif İzzət paşanın rəhbərliyi altında Dərbənd və Petrovsk (Mahaçqala) şəhərlərini sürətlə tutmuş 15-ci piyada diviziyası göndərildi. İsmayıl Berkok 1920-ci ilə qədər Şimali Qafqazda qalmışdır.
Türkiyə İstiqlal müharibəsi və Türkiyə Respublikası Türkiyə İstiqlaliyyət müharibəsinin başlaması ilə Şimali Qafqazdan qayıdır və 1920-ci ildən Mustafa Kamal Atatürkün tərəfində müharibədə fəal iştirak edir.
İstiqlaliyyət müharibəsi başa çatdıqdan sonra respublika hökumətinin müxtəlif hərbi missiyalarında iştirak edir. 1924-cü ildə podpolkovnik rütbəsi alır. 1937-ci ildə Türkiyə Respublikasının briqada generalı rütbəsini alır. 1936-cı ildə Hərbi Tarix Şurasının sədri olur. İkinci Dünya müharibəsinin başlaması ilə Türkiyə Müdafiə Nazirliyinin Səfərbərlik İdarəsinə təyin edilir. 1943-cü ildən hərbi kassasiya məhkəməsinin üzvü olur. 1946-cı ildə istefaya çıxdığı vaxta qədər Türkiyə Respublikası Ali Hərbi Məhkəməsinin üzvü idi.
1950-ci ildə istefaya getdikdən sonra Demokrat Partiyasından doğma vilayəti Kayseridən Türkiyə Böyük Millət Məclisinə deputat seçilir. Dörd il sonra yenidən parlamentə uğurla seçilir, lakin 11 may 1954-cü ildə Londonda keçirilən əməliyyatdan sonra general İsmayıl Berkok vəfat edir. Türkiyənin paytaxtı Ankarada Cəbəci Əsri qəbiristanlığında ehtiramla dəfn olunmuşdur.
Mükafatları Ləyaqət medalı () İmtiyaz medalı () İstiqlal medalı () Osmaniyyə ordeni ()
Əsərləri "Böyük Müharibədə Şimali Qafqazdakı fəaliyyətlərimiz və 15-ci diviziyanın əməliyyatları ilə döyüşləri", «Hərbi məcmuə», Tarix şöbəsi, Sayı 94, Sentyabr 1934. "Tarixdə Qafqaz", İstanbul, 1958. "Qurtuluş yolu", İstanbul, 1957.
İstinadlar
Ədəbiyyat Berzeg, Sefer E. (Ocak 2006). Kuzey Kafkasya Cumhuriyeti 1917-1922, Sovyet Karanlığına Girerken (III. Cilt). İstanbul: Birleşik Kafkasya Derneği. Canbulat, Ahmet C. (1990). Kafkasya Hatıraları, Mustafa Butba. Ankara: Türk Tarih Kurumu. Öztürk, Kazım. (2010). Türk Parlamento Tarihi. VII.Cilt (Özgeçmiş), TBMM-IX.Dönem. İsmail Berkok, S:647-649. Ankara: TBMM Vakfı Yayınları. Büyük Vatansever İsmail Berkuk. (Haziran 1970). Kamçı, Yıl : 1, Sayı: , S: 1. Arslan, E.Z. (2008). Osmanlı İmparatorluğunda Çerkes Cemiyetleri (1908 - 1923). İstanbul: Boğaziçi Üniversitesi.
Xarici keçidlər Материалы про генерала Исмаила Беркока Биография генерала Беркока. Участие в операциях на Северном Кавказе Исмаила Беркока General İsmail Berkok (Mefewud Feridun)