Əbu Riğal (; ) — Bəzi mənbələrə görə, Kəbəni dağıltmaq məqsədilə Məkkəyə hücum etmiş Yəmən valisi Əbrəhəyə bələdçilik etmiş şəxs.

Həyatı Mənbələrdə həyatı haqqında məlumatlara rast gəlinmir. Onun adı və mənşəyi haqqında da mənbələrdə fərqli məlumatlar vardır. Bəzi tədqiqatçilara görə isə o əfsanəvi bir şəxs olub.

Rəvayətə görə, Əbrəhə Kəbəni dağıtmaq məqsədilə Məkkə üzərinə hücuma keçmiş və Taifə çatmışdı. Taif şəhərinin nüfuzlu şəxsləri Əbrəhəyə qarşılamışdılar və ona əl-Lat bütünə toxunmadığı təqdirdə, ona tabe olacaqlarını və bələdçi ilə təmin edəcəklərini bildirdilər.

Əbrəhə bu təklifi qəbul etdikdən sonra onlar Əbu Riğalı ona bələdçi təyin etmişlər. Əbu Riğal isə Əbrəhə və ordusunu Məkkə yaxınlığına qədər aparmış və burada qəfildən ölmüşdür.

Başqa bir rəvayətdə isə Əbu Riğalı Saleh və Səmud xalqı ilə əlaqələndirirlər.

İrsi və mirası Əbu Riğalın Əbrəhə və ordusunu Məkkə yaxınlığına qədər aparması və burada qəfildən ölməsi, ərəblərin onun ölümünü ilahi qəzəbin təzahürü kimi yozmalarına səbəb olmuşdur. Həmin vaxtdan etibarən xain hesab etdikləri Əbu Riğalın qəbrini daş-qalaq etməyi ənənəyə çevirdilər.

Əməvilər dövrünün şairlərindən olan Cərir ibn Ətiyyə Fərəzdəqi şeirlə tənqid edərkən belə demişdir:

Bu sözlər Əbu Riğalın qəbri ölümündən 150 il sonra da daşlandığını göstərir. Əbu Riğalın Bənu Səqifə mənsub olması səbəbindən səqiflilərin bundan utanc duyurdular və bu Həssan ibn Sabitin yazdığı bir şeirdən də məlum olur.

İstinadlar