Rəhilə Məmmədova () – Azərbaycanın əməkdar artisti (2018), "Qızıl Dərviş" mükafatı laureatıdır.
Həyatı 1955-ci ildə anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət Univertsitetini bitirmiş, həmin ildən də Şəki Dövlət Dram Teatrında işləmişdir. 1986-cı ildən Gəncə Dövlət Dram Teatrında və eyni zamanda 2001-ci ildən Gəncə Dövlət Nizami Poeziya teatrında fəliyyət göstərir.
Fəaliyyəti İşlədiyi müddətdə aşağıdakı rolları oynamışdır: “Şair və Hökmüdar” (Məhsəti) “Memarın məhəbbəti” (Möminə xatın) “İsgəndərnamə” (Nüşabə) “ Qapı” (Ana)
Rəna Temurqızının “Dərd yükü” tamaşasının həm quruluşçu rejissoru həm də Ana obrazının ifaçısı. B. Vahabzadə və Z. Yaqubun şerləri əsasında Pərvanə Qurbanovanın səhnələşdirdiyi “Yaddan çıxmaz Qarabağ” – aparıcı vəs.
Hal hazırda Volterin “Sadiq və ya Tale” povestinin motivləri əsasında Fərman Rzayevin səhnələşdirdiyi “ Əlmanə” tamaşasında – Cahan məleykəsi obrazı üzərində işləyir.
Mükafatları 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər Maraqlı obrazlar müəllifi – Əməkdar artist Rəhilə Məmmədova
Kateqoriya:Azərbaycan aktrisaları