Pörl Harbor () — rejissor Maykl Beyin filmi.

Məzmun Reyf və Denni – Tennessi ştatından olan bu iki dost uşaqlıqdan birgə böyüyüblər və sanki bir qardaş kimi bir-birilərinə bağlıdırlar. İş elə gətirir ki, onların hər ikisi ABŞ-nin hava qüvvələrində pilot olurlar. Tezliklə Reyf tibb bacısı Evelinə aşiq olur. Onların məhəbbəti qarşılıqlı olur, lakin Reyf eskadrona qoşulmalı olur və Britaniya uğrunda almanlarla döyüşmək üçün Avropaya gedir. Bu zaman Denni və Evelin də xidmət üçün Pyorl-Harbor bazasına göndərilirlər. Çox keçmədən Reyfin ölümü barədə xəbərlər yayılır. Bundan sonra Denni ilə Evelinin dostluğu başlanır. Tezliklə bu dostluq məhəbbətlə əvəz olunur. Bir az keçdikdən sonra məlum olur ki, Reyf sağ-salamatdır və o, Pyorl-Harbora gəldiyi zaman bütün olanlardan xəbər tutur. Bu zaman yaponların bazaya xaincəsinə hücumu baş verir. ABŞ bu məğlubiyyətinə düşmən ərazilərinin bombardman edilməsinin təşkili ilə cavab verir. Reyflə Denni isə könüllülər sırasında olurlar. Bu əməliyyat zamanı Denni Reyfi xilas edərək, özü həlak olur… Reyf evə — Evelinin yanına qayıdır. Onlar birgə ömür sürür və Dennidən doğulan uşağı böyütməklə məşğul olurlar.

Səhvlər Pörl Harbora hücum yerli vaxtla səhər saat 7:55-də başlanır. Filmdə Pyorl-Harborda Amerika donanmasına komandanlıq edən admiral səhər tezdən qolf oynayır. Səhər qadın paltar asır, uşaqlar isə beyzbol oynayırlar. Təkcə əsas qəhrəman olan təyyarəçilər yatıblar. Əslində isə saat 8:00-da hərbi gəmilərdə səhər yoxlanışı aparılmalı idi. Amma dənizçilərin çoxu yuxuda idi. Əslində 1941-ci ildə amerikalıların hərbi bazasında heç kəs siqaret çəkmirdi. Reyf Makkuoli öz ortaqlarını sakitləşdirərək deyir: "Qorxmayın! "Zero" daha güclü silahlanıb və çox cəlddir. Buna baxmayaraq P-40 daha manevrlidir". Həqiqətdə isə, o vaxtlar "Zero"nun manevrliyi istənilən başqa Amerika təyyarələrindən daha yüksək idi.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi : Randall Uallis Rejissor : Maykl Bey Operator : Con Şvarsman Bəstəkarlar : Hans Zimmer, Stiv Cablonski Prodüserlər : Cerri Brukhaymer, Maykl Bey

Rollarda Aktyor Rol Ben Afflek leytenant Reyf Makkouli Coş Hartnett leytenant Denni Uoker Keyt Bekinseyl tibb bacısı Evelin Conson Uilyam Li Skott leytenant Billi Tompson Maykl Şennon leytenant Quz Vud Skott Vilson general Corc Marşall Piter Fört kapitan Mervin Bennion Endrü Brınyarski Patrik Kelli Qreq Zola leytenant Entoni Fasko Yuen Bremner leytenant Red Vinkl Erik Kristian Olsen kapitan MakKouli Mett Devis Co Kyuba Qudinq Doris Miller Den Eykroyd kapitan Turman Con Voyt prezident Franklin Delano Ruzvelt Alek Bolduin podpolkovnik Ceyms Dulitl Tom Sayzmor Erl Sistern Kolm Fior admiral Hasband Kimmel Qrem Bekkel admiral Çester Nimis Ceymi Kinq tibb bacısı Betti Bayer Cennifer Qarner tibb bacısı Sandra Ketrin Kellner tibb bacısı Barbara Sara Rü tibb bacısı Marta Soke Kubota Takayuki admiral Naqumo Mako admiral İsoroku Yamamoto Con Fudzioka Nisikura Keri-Hiroyuki Taqava komandir Minoru Genda Kim Koats leytenant Cek Riçards Uilyam Fixtner Denninin atası

İstinadlar

Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Melodram filmləri Kateqoriya:Maykl Beyin filmləri Kateqoriya:2001-ci ilin filmləri Kateqoriya:Touchstone Pictures Kateqoriya:İkinci Dünya müharibəsi haqqında filmlər Kateqoriya:Havay haqqında filmlər Kateqoriya:Vaşinqton şəhəri haqqında filmlər Kateqoriya:Nyu-York ştatı haqqında filmlər Kateqoriya:Yaponiya haqqında filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:Yaponca filmlər Kateqoriya:2001-ci ilin ABŞ filmləri Kateqoriya:Touchstone Pictures filmləri Kateqoriya:Teen Choice Award mükafatının qalibi olmuş filmlər Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:ABŞ-nin aviasiya filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Cerri Brukheymerin prodüseri olduğu filmlər Kateqoriya:Disney qalmaqalları Kateqoriya:Ən yaxşı səs montajına görə Oskar mükafatı alan filmlər Kateqoriya:Hans Zimmerin film musiqiləri Kateqoriya:İndianada çəkilmiş filmlər Kateqoriya:İngiltərə haqqında filmlər Kateqoriya:Jerry Bruckheimer Films filmləri Kateqoriya:Kentdə çəkilən filmlər Kateqoriya:Maykl Beyin prodüseri olduğu filmlər Kateqoriya:Pilotlar haqqında filmlər Kateqoriya:Qeyri-yapon mədəniyyətində Yaponiya Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin romantik dram filmləri