Əbədi ər (rusca: Вечный муж) — rus yazıçısı Fyodor Dostoyevskinin ilk dəfə 1870-ci ildə Zarya jurnalında nəşr olunmuş povesti. Əsərin süjeti zadəgan Velçaninov ilə dul qalmış Trusotski arasındakı mürəkkəb münasibətlər ətrafında cərəyan edir. Trusotskinin vəfat etmiş həyat yoldaşı keçmişdə Velçaninovun sevgilisi olmuşdur.
Məzmunu Aleksey İvanoviç Velçaninov torpaq sahəsi ilə bağlı məhkəmə işi səbəbindən Sankt-Peterburqda qalan torpaq sahibidir. Bir müddət əvvəl dul qalmış köhnə tanışı Pavel Pavloviç Trusotski onu ziyarət edir. Velçaninovun vaxtilə Trusotskinin həyat yoldaşı Natalya ilə münasibəti olmuşdur və o, Trusotskinin səkkiz yaşlı qızı Lizanın əslində öz doğma qızı olduğunu anlayır. Lizanın alkoqol asılılığı olan Trusotskinin himayəsində böyüməsini istəməyən Velçaninov onu himayədar bir ailənin yanına aparır. Liza orada vəfat edir.
Trusotski bu dəfə dövlət məmuru olan Zaxlyobinin on beş yaşlı qızı Nadya ilə evlənmək istəyir. Nadya ailənin səkkiz qızından altıncısıdır. Trusotski nişanlısını ziyarət etməyə gedərkən Velçaninovu da özü ilə aparır və Nadya üçün bilərzik alır. Zaxlyobinin qızları Trusotskini ələ salır və gizlənqaç oynayaraq onu bir otağa salıb qapını bağlayırlar. Nadya bilərziyi Velçaninova verərək onu Trusotskiyə qaytarmasını və onunla evlənmək istəmədiyini deməsini xahiş edir. Nadya gizlicə on doqquz yaşlı Aleksandr Lobovla nişanlanır.
Trusotski gecəni Velçaninovun otağında keçirir və ülgüclə onu öldürməyə cəhd edir. Velçaninov özünü müdafiə etməyə müvəffəq olur, lakin bu zaman sol əlindən yaralanır.
Bir müddət sonra Velçaninov məhkəmə işini qazandıqdan sonra onlar yenidən dəmir yolu vağzalında qarşılaşırlar. Trusotski artıq yenidən evlənmişdir. Onunla və yeni həyat yoldaşı ilə birlikdə gənc bir zabit də səyahət edir. Trusotskinin yeni həyat yoldaşı Velçaninovu onlara qonaq gəlməyə dəvət edir. Lakin Trusotski ondan bu dəvəti qəbul etməməsini xahiş edir.
Təhlil Əsər hadisələrin ortasından başlayır. Velçaninovun keçmişdə yaşadığı nikahdankənar münasibətlə bağlı təfərrüatlar tədricən üzə çıxır. Əsəri tragikomediya ilə müqayisə etmək də olar. Komik ünsür isə Trusotski obrazı ilə bağlıdır. Belə ki, o, sanki daim aldadılan ər rolunu təkrar etməyə məhkumdur.
Tənqidçilərin rəyləri "Əbədi ər" Dostoyevskinin nisbətən az tanınan əsərlərindən biridir. Aldadılmış ər mövzusu yazıçının digər romanlarında işlənən mövzularla müqayisədə daha yüngül xarakter daşıyır. Bununla belə, bəzi tənqidçilər üslubuna və strukturuna görə bu əsəri Dostoyevskinin ən yaxşı əsərlərindən biri hesab edirlər. Alfred Bem əsəri "kompozisiyası və süjetin inkişafı baxımından Dostoyevskinin ən mükəmməl əsərlərindən biri" adlandırmışdır. Parts, L. (2006). "Polyphonic Plot Structure in Dostoevsky's "The Eternal Husband"". The Slavic and East European Journal. 50 (4): 607. Amerikalı roman yazarı Henri Miller isə "Əbədi ər"i Dostoyevskinin ən çox bəyəndiyi əsəri hesab edirdi.
Adaptasiyalar
1946-cı ildə "Əbədi ər" povesti əsasında fransız filmi (fransızca: L'homme au chapeau rond) çəkildi.
Həmçinin bax
Stepançikovo kəndi və sakinləri
İstinadlar Kateqoriya:Əlifba sırasına görə ədəbi əsərlər Kateqoriya:Fyodor Dostoyevskinin əsərləri Kateqoriya:Rus dilində romanlar Kateqoriya:XIX əsr haqqında romanlar Kateqoriya:Filmlərə adaptasiya olunmuş romanlar Kateqoriya:XIX əsrin romanları Kateqoriya:Rus ədəbiyyatı Kateqoriya:1870-ci ilin əsərləri Kateqoriya:1870-ci ilin romanları Kateqoriya:Rus dilində povestlər Kateqoriya:Rusiya romanları Kateqoriya:Televiziyaya adaptasiya olunmuş romanlar