Retroreflektor (bəzən retroflektor və ya katafot adlanır), işığı və ya digər şüalanmanı minimum səpələnmə ilə mənbəyinə əks etdirən bir cihaz və ya səthdir. Bu qurğu, yalnız güzgü dalğa cəbhəsinə tam perpendikulyar olduqda, yəni düşmə bucağı sıfır olduqda işləyən müstəvi güzgüdən fərqli olaraq geniş düşmə bucağı diapazonunda işləyir. İşıq mənbəyi tuşlandıqda, retroreflektorun qaytardığı işıq diffuz reflektorunkundan daha parlaq olur. Künc reflektorları və pişik gözü reflektorları ən çox istifadə edilən reflektor növləridir. Kateqoriya:Nəqliyyat Kateqoriya:Yol təhlükəsizliyi
Kaynak ve lisans
Kaynak: Wikipedia — Retroreflektor · katkı geçmişi.
Metin: CC BY-SA 4.0.
Metin düzenlemesi hakkında
Viki işaretlemesi ve şablonlar çıkarıldı; uzun metinler kısaltıldı.