Badenli Aleksandrina Lüdovika Amaliya Frederika Yelizaveta Sofiya (; ) — Böyük Baden hersoqu I Leopoldun qızı, Saksen-Koburq-Qota hersoginyası.

6 dekabr 1820-ci ildə Karlsruedə dünyaya gəldi. Atası Böyük Baden hersoqu Karl Fridrixin oğlu şahzadə Leopold, anası isə İsveç kralı IV Qustav Adolfun qızı Sofiyadır. left|thumb|334x334px|Ailəsiylə birgə, 1890-cı il (Soldan sağa: Şahzadə Beatris, Şahzadə Alfred, Mariya Aleksandrovna, özü, Şahzadə Viktoriya, Şahzadə Aleksandra və Şahzadə Mariya Onunla ilk evlənmək istəyən şəxs rus çarı I Nikolayın oğlu çareviç Aleksandr oldu. Ancaq gənc çareviç Hessenli Mariyaya aşiq oldu və fikrindən daşındı. Nəhayət, 13 may 1842-ci ildə Karlsruedə Saksen-Koburq-Qota hersoqu I Ernstin oğlu vəliəhd-şahzadə Ernstlə evləndirildi. Toy mərasimində bəyin qardaşı şahzadə-konsrot Albert və Kraliça Viktoriya da iştirak edirdi. Cütlüyün bu nigahdan övladı olmadı.

Cəmi 2 il sonra 1844-cü ildə ərinin taxta çıxmasıyla Saksen-Koburq-Qota hersoginyası ünvanı aldı. Ərinin 1893-cü ildə vəfatından sonra qaynı oğlu Şahzadə Alfred onun mirasını ələ aldı.

Aleksandrina isə 20 dekabr 1904-cü ildə Koburqda vəfat etdi.

Mənbə

Ədəbiyyat

Getraude Bachmann: Aus dem Leben der Herzogin Alexandrine von Sachsen-Coburg und Gotha, geborenen Prinzessin von Baden. In: Jahrbuch der Coburger Landesstiftung 39 (1994), S. 1–34, .

İstinadlar

Kateqoriya:XX əsr Almaniya şəxsləri Kateqoriya:XIX əsr Almaniya şəxsləri