I Henri (; ) — Kastiliya kralı.
Həyatı 1204-cü ildə Valyadoliddə dünyaya gəldi. Atası Kastiliya kralı VIII Alfonso, anası isə İngiltərə kralı II Henrinin qızı Elyanora Plantagenetdir. Doğulduğu əsnada taxt sıralamasında böyük qardaşı Ferdinanddan sonra ikinci yerdə idi. Üstəlik doğulduğu il böyük bacısı Berenqariya Leon kralı IX Alfonsodan boşanıb övladlarıyla birlikdə vətəninə qayıtdı. Böyük qardaşı Ferdinandın 1211-ci ildə ani vəfatı səbəbilə, taxtın varisi oldu.
Atasının 1214-cü ildə vəfatının ardından 10 yaşlı Henri taxta çıxarıldı və mərhum kralın vəsiyyətinə əsasən anası Elyanora kral naibəsi təyin olundu. Ancaq anasının səhhəti pisləşdiyi üçün dövlət işlərini böyük bacısı Berenqariyaya həvalə etdi və bu saray əyanları tərəfindən xoş qarşılanmadı. Çox keçmədən anası da 31 oktyabr 1214-cü ildə vəfat etdi.
26 may 1217-ci ildə yaşıdlarıyla oynarkən başına aldığı zərbə səbəbilə yatağa düşdü. Uzun sürən müalicə cəhdlərinə baxmayaraq 6 iyunda vəfat etdi.
Ailəsi 1215-ci ildə Portuqaliya kralı I Sançonun qızı Mafalda ilə evləndi. Nigah əsnasında bəyin 11, gəlin namizədinin isə 20 yaşı vardı. Ancaq bacısı Berenqariyanın müdaxiləsiylə bu evlilik 1216-cı ildə boşanma ilə nəticələndi.
Mənbə
Ədəbiyyat
Kateqoriya:XIII əsr Avropa hökmdarları Kateqoriya:Kastiliya infantları