Azərreyl — Azərbaycanın kişi voleybol klubudur. 2023/24 və 2024/25 mövsümlərində Azərbaycan çempionu olub.
Ümumi məlumat Klub 1 oktyabr 2019-cu ildə yaradılıb. Azərbaycanın Voleybol üzrə Yüksək Liqasında 2019/20 mövsümündən etibarən çıxış etməyə başlayıb. İlkin olaraq komanda gənclərdən ibarət heyət əsasında formalaşdırılıb.
2023/2024 mövsümü 2023/24 mövsümündə klub tarixində ilk dəfə Azərbaycan çempionu olub.
2024/2025 mövsümü 2024/25 mövsümündə müntəzəm çempionatda ikinci yeri tutub.
Pley-offun finalında "Murov Az Terminal" ilə iki oyunda qarşılaşıb və hər iki görüşdə qalib gələrək (3:0, 3:1) qızıl medallara sahib olub. Sergey Platanenkov mövsümün ən dəyərli oyunçusu (MVP) seçilib.
Üç oyunçu mövsümün rəmzi komandası olan "Dream Team"ə daxil olub — Roman Eqorov, Məhəmmədhüseyn Çarklui və Nihad Qasımov.
Klub 2024 Azərbaycan Kubokunun finalçısı olub.
Avrokuboklar
2025/2026 mövsümü 2025/26 mövsümündə klub CEV Çempionlar Liqasında təsnifat mərhələsində iştirak edib. Təsnifat mərhələsinin ilk turunda Serbiyanın "" klubuna iki oyunun nəticəsinə görə 0:6 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
İlk oyun 0:3 (21:25, 18:25, 22:25) hesabı ilə başa çatıb. Cavab oyununda da "Azərreyl" 0:3 (23:25, 22:25, 19:25) hesabı ilə məğlub olub.
Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra klub 2025/26 mövsümündə CEV Kubokunda mübarizəni davam etdirib.
1/32 final mərhələsində "Orion Stars" (Doetinhem, Niderland) klubuna iki oyunun nəticəsinə görə məğlub olub. İlk oyun 13 noyabr 2025-ci ildə Bakıda keçirilib və "Azərreyl" 1:3 (25:23, 18:25, 24:26, 26:28) hesabı ilə uduzub.
Cavab oyunu 19 noyabr 2025-ci ildə Niderlandda keçirilib və "Azərreyl" 0:3 (14:25, 12:25, 19:25) hesabı ilə məğlub olub.
Cari heyət №AdıMərkəz blokçuları Mehdi Cəfərov Pavel NikolaenkoÖtürücülər Miloş Antoniç Roman EqorovDiaqonal hücumçular Sergey PlatanenkovLiberolar Nihad QasımovKənar hücumçular Məhəmmədhüseyn Çarklui Cavid Əzimov Roman Merkuşov Tural Əsgərov
Nailiyyətləri Azərbaycan çempionu: 2023/24, 2024/25
Baş məşqçilər Xanlar Ələkbərov (1 oktyabr 2019–2021) Boris Qrebennikov (30 avqust 2023-cü ildən)
İstinadlar
Xarici keçidlər Volleybox-da profil