Amil Fərzəliyev — Azərbaycanın teatr və kino aktyoru,Mingəçevir Dövlət Dram Teatrının aparıcı aktyoru

Həyatı

Amil Fərzəliyev 29 noyabr Yevlax şəhərində anadan olub.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

Yaradıcılığı

2011-ci ildən Mingəçevir Dövlət Dram Teatrında aktyor kimi çalışır. Amil Fərzəliyev yalnız teatr tamaşalarında aktyor kimi iştirak etməklə kifayətlənməmiş, gənc yaradıcılara dəstək göstərmişdir.

2024-cü ildə Mingəçevir Dövlət Universitetində Üzeyir Hacıbəylinin "Ər və arvad" operettası əsasında hazırlanmış tamaşanın quruluş prosesində Amil Fərzəliyev tələbələrə yaradıcı dəstək göstərmişdir. Universitetin yaydığı məlumata görə, o, tələbələrə tamaşanın hazırlanması, səhnə quruluşu və geyim seçimində kömək etmişdir.

Oynadığı tamaşalar Əli Əmirli "Mən səni sevirəm" Əhməd Orucoğlu "Nənənin kələyi" Əşrəf Əsgərov "Təbəssüm" Rus xalq nağılı "Ağıllı dovşan" Qənbər Şəmşiroğlu "Caninin etirafı" Şekspir "Yad" — Senator; Dario Fonu"Rəngsazların xatirələri yoxdur"

İstinadlar

İstinadlar