I Ağsunqur Marağanın əvvəlki yerli Rəvvadi hakimi Əhmədili ibn İbrahimin sərkərdəsi, Və qulamı olmuşdur.1117-ci ildə Əhmədili Bağdatda nizarit (batinilər/xaşxaşilər) agentləri tərəfindən öldürüldükdən sonra, Ağsunqur yaranmış siyasi şəraitdən yararlandı. O, Marağada hakimiyyəti öz əlinə alaraq müstəqil sülalənin əsasını qoydu.Marağadan başqa, Strateji əhəmiyyətli Rəvənduz qalasınıda öz hakimiyyəti altına aldı.Səlcuqlu mülkləri daxilində, Güclü Bir Siyasi-Hərbi qüvvəyə çevrildi.İraq Səlcuq sultanı II Mahmudun sarayında çox böyük nüfuza malik idi.Sultanın oğulları Davudun və Məsudun atabəyi (Mürəbbisi/Himayədarı) Təyin olunmuşdu.1131-ci ildə, Sultan Mahmudun ölümündən sonra, Ağsunqur, Öz yetirməsi olan şəhzadə Davudu Sultan elan etdi.Və onun taxta çıxmasında köməylik göstərdi.Ağsunqur əl-Əhmədili'də köhnə ağası kimi siyasi sui-qəsdin qurbanı oldu. O, 1133-cü ildə Həmədanda yenə nizarit (batinilər) agentləri tərəfindən qətlə yetirildi. Onun ölümündən sonra hakimiyyətə oğulları və nəvələri (Ağsunqurilər) keçərək dövləti idarə etməyə davam etdilər.

__INDEX__ __NEWSECTIONLINK__