Müharibənin Tədqiqi İnstitutu (, ISW) — ABŞ-də yerləşən analitik mərkəz. 2007-ci ildə hərb tarixçisi Kimberli Kaqan tərəfindən yaradılmışdır. Baş qərargahı Vaşinqton şəhərində yerləşir.
İnstitut müasir silahlı münaqişələr və beynəlxalq təhlükəsizlik məsələləri üzrə araşdırma və təhlillər hazırlayır. Əfqanıstan, İraq və Suriya, Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdəki digər münaqişələr barədə hesabatlar dərc etmişdir. İstinadlar
Kateqoriya:Hərb elmi Kateqoriya:Müharibə