"Bomba" (, ) — 1995-ci ildə Özbəkistanın "İnsan" kinostudiyasında Zülfiqar Musaqov tərəfindən çəkilmiş komediya janrında olan filmdir.

Süjet Xolmat əmi öz həyətində aviasiya bombası tapır. Bunu öyrənən insanlar onun avtomobilin ehtiyat hissəsi olduğunu düşünürlər, lakin tapıntının həqiqətən bomba olduğu aydınlaşdıqdan sonra mütəxəssis çağırırlar. Texnik tərəfindən bombanın içindəki "ürəyi" çıxarılır və bombanın artıq təhlükəsiz olduğu elan edilir. Bundan xəbər tutan hərbçilər isə, əksinə, "ürək" çıxarıldıqdan sonra bombanın daha da təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Hərbçilər bombanı elə Xolmat əminin həyətində partlatmağı, bunun müqabilində isə ona Daşkəndin mərkəzində dördotaqlı ev verməyi vəd edirlər. Xolmat əmi buna razı olmur. Xolmat əminin qonşusu Rəsul ev haqqındakı söhbəti eşidir və gecəyarısı gizlicə bombanı qazıb çıxararaq öz evindəki alçaq masanın (xontaxta) üstünə qoyur. Bunu bilən Xolmat əmi Rəsulla dalaşır. Əlbəyaxa dava zamanı bomba yerə düşərkən gizir Rəhim Əhmədov onu havada tutur və qaçaraq dərəyə aparıb tullayır. Bomba partlayır. Əhmədov üst-başı toz-torpaq içində dərədən çıxır və onu Xolmat əminin qızı Risalət qarşılayır.

Rollarda Məhəmmədsəli Yusupov — Xolmat əmi Rimma Əhmədova — Xolmat əminin həyat yoldaşı Rüstəm Sədullayev — gizir Rəhim Əhmədov Fatimə Rəcəmətova — Səltənət (gəlin) Hüsən Şəripov — Rəsul əmi Tuyçi Oripov — Sədr Dias Rəhmətov — Musa

İstinadlar

Kateqoriya:1995-ci ilin filmləri Kateqoriya:Özbəkistan incəsənəti Kateqoriya:Özbəkistan kinematoqrafı