Xuddam — islam və başqa dinlərin ezoterizmində dualar, ayələr və ya rituallar vasitəsilə insanın xidmətinə bağlandığına inanılan cinlər və ya ruhani varlıqlar.Hüddam Nedir? Cinlerle İletişime Geçilebilir Mi? İstifadə tarixi: 13 iyul 2026. Bu təlimi öyrədən hər hansı rəsmi qurum mövcud deyil. Bəzi fərziyyələrə görə, sehrbazlar bu təlimi gizli formada öyrənirlər. Bu təlim sisteminin kökü antik Misirə qədər gedib çıxır.Ludwig, Theodore M., The Sacred Paths: Understanding the Religions of the World, Second Edition, pp. 48-51, 1989 Prentice-Hall, Inc., İslamın isə bu məsələyə baxışı təhlükəli olması səbəbindən o qədər də müsbət deyil.
Quranda xidmətçi cinlər Cinlər haqqında Quranın bir çox surələrində danışılır. Cinlərdən bəhs edən əsas surə olan əl-Cinn surəsi ilə yanaşı quranın rəhman, hicr, zariyyat, əhqaf, ənam, əraf, isra, nas və başqa surələrində cinlərin mövcud olması, Allahın onları insanlar kimi ona ibadət etmələri üçün yaratdığı yazılıb. Nəml, Səba və Sad surələrində cinlərin Süleyman peyğəmbərin əmrinə verilməsi qeyd olunur.ən-Nəml (Qarışqalar) surəsi. İstifadə tarixi: 13 iyul 2026. Səbə (Səba) surəsi. İstifadə tarixi: 13 iyul 2026.Sad surəsi. İstifadə tarixi: 13 iyul 2026.
Spiritual dinlər Çoxtanrılı dini inanclarda və yalnız ruha əhəmiyyət verən dini təlimlərdə xuddam anlayışına rast gəlinir. Afrikada geniş yayılan santeriya adlı dini təlimə görə, cinləri idarə etmək mümkündür. Bunun uzun və yorucu ayinlər vasitəsilə həyata keçirilə biləcəyinə inanılır. Pentekostalizm təliminə görə də cinlərin idarə oluna biləcəyi və onların enerjisinin çox zəif olduğu bildirilir. Bu təlimdə geniş yayılmış ənənələrdən biri də cinlərə sancaq (qarmaq) taxmaqdır. İnanca görə, çağırılan cinə müqəddəs sancaq taxılarsa və cin bunu hiss etməzsə, həmin şəxsin quluna çevilər. Təlimdə bunun etmənin asan olmadığı da xüsusilə vurğulanır. Belə ki, cin sancağı çıxara bilsə, onu taxan şəxsi öldürür.
Filmoqrafiya
Xuddam (2015) — Can və anası Dərya adi kənd həyatı yaşayırlar. Lakin bir müddət sonra Dəryada qəribə davranışlar başlayır. Dəryanın sirli davranışlarına maraq göstərən Can anasının uşaqlığı haqqında düşünməyə başlayır. Xuddam 2 (2019) — Günahsız bir körpənin dünyaya gəlməsi Fatmanın tənhalığının sonu və ona zülm edənlər üçün lənət olur. Xuddam 3: Lamia (2023) — İllər əvvəl cin xidmətçisi Lamia ilə yanlış bir razılaşma bağlayan Davudun bu razılaşmanı pozmaq üçün intihar etməsindən sonra başlayan hadisələrdən bəhs edir. Atasının intiharı nəticəsində sarsılan Asaf həqiqəti öyrənmək və ailəsinin üzərindəki lənətə son qoymaq üçün atası Davud kimi xuddam elmindən istifadə edir. Lakin Asafın bilmədiyi odur ki, Lamia olduqca xüsusi və onun indiyədək qarşılaşdığı bütün xidmətçilərdən qat-qat güclüdür. Asaf elə bir reallıqla üzləşir ki, razılaşmanı pozmaqla ona əməl etmək arasında qalır. Xuddam 4: Ahmer (2024) — Film uzun müddət istəmələrinə baxmayaraq uşaq sahibi ola bilməyən Ərdəm və Qoncanın bir xocaya müraciət etmələrindən sonra yaşadıqları qorxunc hadisələr üzərində qurulub.Hüddam 4: Ahmer. İstifadə tarixi: 13 iyul 2026. Xuddam 5: Zuhur (2025) — Depressiyadan çıxmağa çalışan gənc qadının hekayəsindən bəhs edilir. Uzun müddətdir çətin psixoloji dövr yaşayan Fatma həyatını dəyişdirmək üçün yeni bir başlanğıc etmək qərarına gəlir. Bu məqsədlə o, baxıcı kimi işləmək üçün şəhərin kənarında iflic olan qadının yanına köçür. Əvvəlcə bu dəyişiklik onun üçün yaxşı olur və Fatma qərarından məmnun qalır. Lakin zaman keçdikcə o, orada olmasının arxasında qeyri-adi, gizli bir səbəbin olduğunu anlayır. Xuddam 6: Cinnet (2026) — Görünməz bir qüvvə düşüncələrini manipulyasiya etməyə başlayanda Orxanın reallığı alt-üst olur və onu dağıdıcı dəliliyə doğru sürükləyir.
İstinadlar
Kateqoriya:İslam mifologiyası Kateqoriya:Cin Kateqoriya:Magiya