Ceyms Rotman () – amerikalı biokimyaçı, Rendi Şekman və Tomas Südhofla birlikdə "Hüceyrələrimizdə böyük bir nəqliyyat sistemi olan vezikulyar daşınmanı tənzimləyən bir mexanizmin kəşfinə" görə 2013-cü il Tibb üzrə Nobel mükafatının birgə laureatıdır. O, Milli Elmlər Akademiyalarının və ABŞ Tibb Akademiyasının üzvü, eləcə də London Kral Cəmiyyətinin xarici üzvüdür (2019il).
Həyat yolu O, Massaçusets ştatının Haverhill şəhərində yəhudi ailəsində anadan olub;Tulsa woman celebrates son’s Nobel Prize achievement : о матери лауреата — Глории Ротман. O, özəl məktəbdə oxuyub. C. Rotman Yel Universitetində fizika üzrə bakalavr dərəcəsi (1971il) və Harvard Universitetində biokimya üzrə doktorluq dərəcəsi (1976il) almışdır. 1978-ci ildən Stanford Universitetinin Biokimya kafedrasında işə başlamışdır.
1988-ci ildən 1991-ci ilə qədər Prinston Universitetində işlədi və daha sonra Nyu-York şəhərinin Manhetten Vadisi bölgəsindəki Memorial Sloan-Kettering Xərçəng Mərkəzində Hüceyrə Biokimyası və Biofizikası şöbəsini qurdu. O, mərkəzdə institutun sədr müavini vəzifəsini tutdu.
1995-ci ildə C. Rotman Amersham PLC əczaçılıq şirkətinin Elmi Məsləhət Şurasına dəvət edildi. Daha sonra GE Healthcare şirkətinin Baş Elmi Məsləhətçisi təyin edildi. 2003-cü ildə C. Rotman Kolumbiya Universitetində professor vəzifəsini qəbul etdi və universitetin Kimyəvi Biologiya Mərkəzinə rəhbərlik etməyə başladı.
Hazırda o, Yel Tibb Məktəbində Hüceyrə Biologiyası kafedrasının müdiri və Yel Qərb Kampusunda Nanobiologiya İnstitutunun direktorudur.http://westcampus.yale.edu/about-west-campus Yale West Campus
C. Rotmanın əsas tədqiqat istiqaməti hüceyrələr daxilində molekulları daşıyan veziküllərin təyinat yerlərini necə təyin etməsi və tərkibini necə buraxmasıdır. Bu hüceyrədaxili daşınma beyin neyronlarının qarşılıqlı təsiri, insulin və digər hormonların ifrazı da daxil olmaqla, əsas fizioloji funksiyalar üçün vacibdir. Vezikulyar daşınma pozulduqda, diabet və botulizm kimi ciddi xəstəliklər yaranır.Tulsa woman celebrates son’s Nobel Prize achievement : о матери лауреата — Глории Ротман.
C. Rotman hüceyrə daşıyıcı zülalların özlərini kəşf etmişdi.
Mükafatları 1989-cu ildə -Humbolt Mükafatı 1994-cü ildə -Rosenstiel Mükafatı 1996-cı ildə -Veizmann Xatirə Mühazirələri 1996-cı ildə -Gairdner Beynəlxalq Mükafatı 1996-cı ildə -Kral Faysal Beynəlxalq Mükafatı 2000-ci ildə -Heineken Mükafatı 2002-ci ildə — Əsas Tibbi Tədqiqatlar üzrə Albert Lasker Mükafatı 2002-ci ildə — Louisa Gross-Horvitz Mükafatı 2010-cu ildə -Uilson Medalı 2010-cu ildə — Neyrologiya üzrə Kavli Mükafatı 2010-cu ildə — Massri Mükafatı 2013-cü ildə -Tibb üzrə Nobel Mükafatı
İstinadlar
Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Yel Universitetinin müəllimləri Kateqoriya:ABŞ bioloqları Kateqoriya:XX əsr bioloqları Kateqoriya:XX əsr həkimləri Kateqoriya:ABŞ yəhudiləri Kateqoriya:Amerikalılar Kateqoriya:Biokimyaçılar Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:Sitoloqlar Kateqoriya:Yəhudi alimlər