Bənu İcl () — ərəb qəbiləsi Bənu Bəkrin qollarından biri.
Mənşəyi Bənu İcl qəbiləsi İcl ibn Lüceym adlı şəxsə nisbət edilirlər.
Tarixi Cahiliyyə dövründə aparılan müharibələrdə Bəni İcl də iştirak etmişdir. Onlar Bənu Bəkr və Bəni-Təmim qəbilələri arasında baş vermiş döyüşlərdə öz qohumları olan Bənu Bəkri dəstəkləmiş, Sasanilərlə baş vermiş Zi Qar quyusu yaxınlığındakı döyüşdə xüsusi şücaət göstərmişlər. Bu döyüşdə ərəblərin sağ cinahına komandanlıq etmiş Hənzələ ibn Saləbə ibn Səyyar əl-İcli qələbə qazanılmasında mühüm rol oynamışdır.
Sonrakı dövrlərdə bu qəbiləyə mənsub olan Əbu Düləf əl-İcli, Kərəc qalasını şəhərə çevirərək burda yarı-müstəqil sülalə qurmuşdur.
Zaman keçdikcə Bənu İclin izləri itmişdir. İbn Xəldun öz dövründə onların Yəmamədəki yurdlarında Bənu Amir qəbiləsinin məskunlaşdığı yazmışdır.
Dini inancı Bənu İcl digər ərəb qəbilələri kimi paqan idilər. Kufə yaxınlığındakı Mühərrik adlı bütün xidmətçiləri Bəni İclə mənsub idilər. Qəbilədən Xristianlığı qəbul edənlər də olmuşdur.
Həmçinin bax Zi Qar döyüşü
İstinadlar
Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:Rəbiə