Con Beqot Qlabb () — general-leytenant Qlabb () İordaniyalılar tərəfindən Əbu Hüneyk adı ilə də tanınan, 1939–1956-cı illər arasında İordaniya Ərəb Legionuna komandanlıq edən və onları təlimləndirən ingilis hərbi zabiti idi. O, Birinci Dünya müharibəsi, İxvan üsyanı, İkinci Dünya müharibəsi və 1948-ci il Ərəb-İsrail Müharibəsi zamanı xidmət etmişdir.

Həyatı Qlabb Preston şəhərində anadan olmuş və Çeltnhem Kollecində təhsil almışdır. Onun atası, Birinci Dünya müharibəsi zamanı İngilis ikinci donanmasının tərkibində baş mühəndis kimi fəaliyyət göstərmiş, Lançaysr bölgəsindən olan general-mayor Cənab Fredrix Manley Glabb idi. Anası isə İrlandiyanın Rozkamon bölgəsindən olan Letitiya Begot idi. O, həmçinin məşhur yarış pilotu Qvenda Havkensin qardaşı idi.

Glabb 1915-ci ildə Kral hərbi bölməsində zabit rütbəsi aldı. Qərb cəbhəsində döyüşərkən çənəsi ağır şəkildə zədələnmişdi. Sonrakı illərdə bu səbəbdən ərəblər ona "Əbu Huneyk" ləqəbini verdilər ki, bunun mənası "çənəsiqırıq ata" deməkdir.

1920-ci ildə o, müharibədən sonra Britaniyanın milli liqası mandatı altında idarə etməyə başladığı İraqa göndərildi. 1922-ci ildə isə Ramadi şəhərinə təyin olundu.

İstinadlar

Kateqoriya:Britaniya generalları Kateqoriya:Britaniya şərqşünasları Kateqoriya:Fələstin tarixi Kateqoriya:İordaniya tarixi Kateqoriya:XX əsr Britaniya yazıçıları