thumb|200px|"Azadlıq və Müstəqillik" xaçı
Azadlıq və Müstəqillik (), tam adı Müharibəsiz və Diversiyasız Müqavimət Hərəkatı "Azadlıq və Müstəqillik" () — Polşanın mülki-hərbi antikommunist təşkilatı. 2 sentyabr 1945-ci ildə Varşavada təsis edilmişdir. Təşkilat ilkin olaraq qarşısına İkinci Dünya müharibəsindən sonra kommunistlərin hakimiyyətə gəlməsinin qarşısını almaq məqsədini qoymuşdu. 1946-cı ildə WiN (Azadlıq və Müstəqillik) rəhbərliyi təşkilati baxımdan mühacirətdəki Polşa hökumətinə və Böyük Britaniyadakı Polşa Silahlı Qüvvələrinə tabe edilmişdir. Yarandığı gündən fəaliyyətinin sonuna qədər təşkilata Krayova Ordusunun (Daxili Ordu) keçmiş zabitləri rəhbərlik etmişdir.
İdeologiyası
Təşkilat Qırmızı Ordu birliklərinin və Daxili İşlər Xalq Komissarlığı qüvvələrinin Polşa ərazisindən tamamilə çıxarılmasına çalışırdı. WiN sıralarında (eynilə Ukrayna gizli müqavimət hərəkatında olduğu kimi) Üçüncü Dünya müharibəsinin qaçılmaz olduğu fikri geniş yayılmışdı; hesab olunurdu ki, bu müharibə qüvvələr nisbətini dəyişmək və SSRİ işğalından azad olmaq üçün bir şans yaradacaqdır.
Ukrayna gizli müqavimət hərəkatı ilə münasibətləri
WiN təşkilatı Ukrayna Üsyan Ordusu (UPA) ilə danışıqlar aparmışdır. Bu təmaslar müəyyən nəticələr vermiş və 1947-ci ilin baharına qədər konkret ərazilərdə sülh elan olunmuşdur. Hətta müştərək hərbi əməliyyatların keçirilməsi cəhdləri də olmuşdur; buna nümunə olaraq 28 may 1946-cı ildə Hrubeşuv şəhərinə təşkil edilən hücumu və bir sıra digər əməliyyatları göstərmək mümkündür.
İstinadlar
Biblioqrafiya
Legacy of Ashes: The History of the CIA by Tim Weiner. Anchor Books. 2008. ISBN 978-0-307-38900-8 Wnuk, Rafał, Polska konspiracja antysowiecka na Kresach Wschodnich II RP w latach 1939—1941 i 1944—1952/ «Tygiel narodów», Warszawa / London: ISP PAN / RYTM. стр. 157—251. ISBN 8388794728. Grzegorz Motyka, Rafał Wnuk — «Pany i rezuny. Współpraca AK-WiN i UPA 1945—1947», Warszawa 1997 ISBN 83-86857-72-2 Freedom And Independence — Zrzeszenie «Wolność i Niezawisłość», WiN., Institute of National Remembrance, IPN, Poland Zygmunt Woźniczka,Zrzeszenie «Wolność i Niezawisłość» : 1945—1952 Wyd. 1. — Warszawa : Instytut Prasy i Wydawn. «Novum»-"Semex, " 1992.ISBN 8385299319 Marian Reniak, Droga z Monachium. Warszawa 1970. Wydawnictwo MON. Informator o nielegalnych antypaństwowych organizacjach i bandach zbrojnych działających w Polsce Ludowej w latach 1944—1956 Poland. Ministerstwo Spraw Wewnętrznych. Biuro «C.», Warszawa : [s.n.], 1964.
Ədəbiyyat siyahısı
Xarici keçidlər
Докладная записка заместителя советника НКВД при Министерстве общественной безопасности Польши С. П. Давыдова народному комиссару внутренних дел СССР Л. П. Берии об аресте руководства организации Свобода и независимость
[ https://docs.historyrussia.org/ru/nodes/176517-dokladnaya-zapiska-zamestitelya-sovetnika-mvd-pri-ministerstve-obschestvennoy-bezopasnosti-polshi-s-p-davydova-ministru-vnutrennih-del-sssr-s-n-kruglovu-ob-arestah-chlenov-organizatsii-volnost-i-nepodleglost-varshava-10-aprelya-1946-g]
Kateqoriya:Milli azadlıq hərəkatı Kateqoriya:Paramilitar təşkilatlar Kateqoriya:Antikommunist təşkilatları