Bab əs-Səğir qəbirtanlığı () — Suriyanın paytaxtı Dəməşqdə yerləşən tarixi qəbiristanlıq.

Mənbələrə görə burada 15 min qəbir və 80 kitabə vardır. Fransızca nəşr olunmuş bir araşdırmaya görə ən qədim kitabə 1047-ci ilə, ən yenisi isə 1943-cü ilə aiddir.

Adlanması Qəbiristanlığın adı Dəməşqin Şəğur rayonunun "Cəvvani" və "Bərrani" adlı hissələrini bir-birindən ayıran "Bab əs-Səğir" () qapısından götürülmüşdür.

Tarixi Xəlifə Ömər dövründə Dəməşq iki aylıq mühasirədən sonra 634-cü ildə Xalid ibn Vəlid tərəfindən ələ keçirilmiş, mühasirədə həlak olmuş müsəlman əsgərlər də burada dəfn edilmiş və beləliklə ilk müsəlman qəbiristanlığının bünövrəsi qoyulmuşdu. Bilal Həbəşinin 640-cı ildə burada dəfn edilməsindən sonra qəbiristanlığın əhəmiyyəti artmışdır.

Dəfn olunmuş şəxslər Tarix boyu burada bir sıra dini və siyasi fiqur dəfn edilmişdir. Bir sıra mənbələrə görə Hüseyn ibn Əlinin başı da bir müddət burada bastırılmışdır. Burada dəfn edilmiş şəxslərdən bəziləri bunlardır:

Muaviyə (bəzi mənbələrə görə burda dəfn edilmiş şəxs məhz onun nəvəsi II Muaviyədir). Abdullah ibn Ümmü Məktum. Zəhəbi. İbn Rəcəb. İbn Qeyyim əl-Cövziyyə. Fərabi. İbn Abidin. İbn Əsakir.

Həmçinin bax Məqbərətüs-Sufiyyə

İstinadlar