Əbu Musa Məhəmməd ibn Ömər ibn Əhməd əl-Mədini (; ) — hədis hafizi.

Bioqrafiya 1108-ci ildə (və ya 1107) İsfahanda anadan olub və 1185-ci ildə İsfahanda da vəfat edib. Bu şəhərə (mətinətu İsfahan; ) nisbətlə "Mədini" adlanıb.

Təhsil almaq məqsədilə Həmədan, Bağdad kimi o dövrün elm mərkəzlərinə yollanıb. Əbu Əli əl-Həddad, Əbu Zəkəriyya Yəhya ibn Məndə, İbn əl-Qeysərani kimi 300-dən artıq alimdən hədis və qiraət öyrənib.

Təhsilini tamamladıqdan sonra İsfahana qayıdıb və Əbdülkərim əs-Samani, Həzimi, Cəmmaili və Əbdülqadir ər-Ruhavi kimi mühəddislərə müəllimlik edib.

Əbu Musa əl-Mədini "əl-Məcmuul-muğis fi qəribəyil-Quran vəl-hədis", "Nüzhətül-huffaz", "Ziyadət alə Kitabil-Ənsab" və başqa əsərlərin müəllifidir.

İstinadlar