İkinci Liqa () — Avstriya futbolunda ən yüksək ikinci peşəkar diviziondur. Həmçinin sponsorluq səbəblərinə görə Admiral 2. Liga kimi tanınır.

Hazırda divizionda 16 komanda çıxış edir və liqanın çempionu, əgər əvəzedici komanda deyilsə, Avstriya Bundesliqasına yüksəlir. Sonuncu üç komanda isə birbaşa İkinci Liqadan Regional liqalara düşür.

Komandalar 2018–19 mövsümündən etibarən keçmiş Birinci Liqa adını İkinci Liqa olaraq dəyişdirdi və on komandadan 16 komandaya qədər genişləndirildi.

2025–26 mövsümündə on altı komanda iştirak edəcək: əvvəlki mövsümdən on iki komanda, Bundesliqadan düşən bir komanda və Regionalliqadan yüksələn üç komanda. Austria Klaqenfurt 2024–25 Avstriya Futbol Bundesqilasından aşağı liqaya düşmüşdür. Young Violets Austria Vyana, Herta Vels və Austria Zaltsburq isə müvafiq olaraq 2024–25 Avstriya Regionalliqasından yüksəlmişdir. KomandaŞəhərStadionTutumuAdmira Vakker Mödlinq Datenpol Arena 10,600Austria Klaqenfurt Klaqenfurt am Vörterze Vörterze Stadionu 30,000Austria Lustenau Lustenau Rayxshofstadion 5,138Austria Zaltsburq Zaltsburq Maks Ayxer Stadionu 1,566First Vienna Vyana Naturarena Hohe Varte 7,200Floridsdorfer AC Vyana FAC-Platz 3,000Herta Vels Vels Huber-Arena Vels 3,000Kapfenberq SV Kapfenberq Franz-Fekete-Stadion 12,000Liferinq Zaltsburq EM Stadion Vals-Zitsenhaym 4,128Rapid Vyana II Vyana Allianz Stadionu 28,000Şturm Qrats II Qrats Merkur Arena 15,323SKN Sankt Pölten Sankt Pölten NV Arena 8,000SKU Amştetten Amştetten Ertl Qlas Stadionu 2,000SV Ştripfinq Vaykendorf FAC-Platz 3,000Şvarts-Vays Breqents Breqents İmmoAgentur Stadion 12,000Young Violets Austria Vyana Vyana Generali Arena 17,500

Aşağı liqaya düşmə İkinci Liqadan düşən klubun təyinatı onun Federal Respublikanın hansı əyalətini təmsil etməsindən asılıdır. Aşağı düşən klublar ölkənin şərqindəki, mərkəzindəki və ya qərbindəki Regionalliqalardan (regional liqalar) birinə qoşulurlar. Üç regional liqa çempionu İkinci Liqaya yüksəlir. Peşəkar İkinci Liqada iştirak federal liqanın beşinci senatı tərəfindən lisenziyalaşdırılma şərtinə bağlıdır. Əgər iqtisadi səbəblərdən lisenziya rədd edilərsə, bir komanda daha az aşağı liqaya düşür.

Əvvəlki qaliblər

1974–75: Qrats AK 1975–76: First Vienna 1976–77: Viner Şport-Klub 1977–78: SV Austria Zaltsburq 1978–79: LASK Lints 1979–80: Ayzenştadt 1980–81: Vakker İnnsbruk 1981–82: Austria Klaqenfurt 1982–83: SV Sankt Fayt 1983–84: SV Şpittal/Drau 1984–85: Zaltsburger AK 1914 1985–86: Viner Şport-Klub 1986–87: SV Austria Zaltsburq 1987–88: Kremser SC 1988–89: Kremser SC 1989–90: SV Şpittal/Drau 1990–91: VfB Mödlinq 1991–92: LASK Lints 1992–93: Qrats AK 1993–94: LASK Lints 1994–95: Qrats AK 1995–96: Lints FK 1996–97: Austria Lustenau 1997–98: Forvarts Ştayr 1998–99: Şvarts-Vays Breqents 1999–00: VfB Admira Vakker Mödlinq 2000–01: Karnten FK 2001–02: ASKÖ Paşinq 2002–03: SV Mattersburq 2003–04: Vakker Tirol 2004–05: SV Rid 2005–06: Reyndorf Altax 2006–07: LASK 2007–08: Kapfenberq SV 2008–09: SC Viner Noyştadt 2009–10: Vakker İnnsbruk 2010–11: Admira Vakker Mödlinq 2011–12: Volfsberger AC 2012–13: SV Qrödiq 2013–14: Reyndorf Altax 2014–15: SV Mattersburq 2015–16: SKN Sankt Pölten 2016–17: LASK 2017–18: Vakker İnnsbruk 2018–19: WSG Svarovski Tirol 2019–20: SV Rid 2020–21: Blau-Vays Lints 2021–22: Austria Lustenau 2022–23: Blau-Vays Lints 2023–24: Qrats AK 2024–25: SV Rid

Klublara görə performans Klub Qalibiyyət Qalib olduğu mövsümlər LASK 1978–79, 1991–92, 1993–94, 2006–07, 2016–17 Qrats AK 1974–75, 1992–93, 1994–95, 2023–24 Vakker İnnsbruk (2002) 2003–04, 2009–10, 2017–18 SV Rid 2004–05, 2019–20, 2024–25 Viner Şport-Klub 1976–77, 1985–86 Austria Zaltsburq 1977–78, 1986–87 Kremser SC 1987–88, 1988–89 SV Şpittal/Drau 1983–84, 1989–90 Austria Klaqenfurt / Karnten FK 1981–82, 2000–01 Admira Vakker Mödlinq 1999–00, 2010–11 Reyndorf Altax 2005–06, 2013–14 SV Mattersburq 2002–03, 2014–15 Austria Lustenau 1996–97, 2021–22 Blau-Vays Lints 2020–21, 2022–23 First Vienna 1975–76 Ayzenştadt 1979–80 Vakker İnnsbruk 1980–81 SV Sankt Fayt 1982–83 Zaltsburger AK 1914 1984–85 VfB Mödlinq 1990–91 Lints FK 1995–96 Forvarts Ştayr 1997–98 Şvarts-Vays Breqents 1998–99 ASKÖ Paşinq 2001–02 Kapfenberq SV 2007–08 SC Viner Noyştadt 2008–09 Volfsberger AC 2011–12 SV Qrödiq 2012–13 SKN Sankt Pölten 2015–16 WSG Svarovski Tirol 2018–19

Ad tarixi Avstriyanın ikinci divizionu 1974-cü ildən bəri bir neçə fərqli ad və sponsora sahib olmuşdur. 2002-ci ildən 2018-ci ilə qədər o, əvvəllər Birinci Liqa (Erste Liga) adlanırdı.

(Aşağıdakı mövsümlər adın istifadə edildiyi ilk mövsümü təmsil edir)

1974/75 Nationalliga 1975/76 2. Division 1993/94 2. Division der Bundesliga 1998/99 Erste Division 2002/03 Red Zac-Erste Liga 2008/09 ADEG Erste Liga 2010/11 "Heute für Morgen" Erste Liga 2014/15 Sky Go Erste Liga 2018/19 2. Liga 2021/22 Admiral 2. Liga

Liqa 2014–15-dən 2017–18-ci ilə qədər sponsorluq səbəblərinə görə Sky Go Erste Liga olaraq tanınırdı, lakin Sky rəsmi 2liga.at saytında və ya ÖFB-nin 2018–19 mövsümü ilə bağlı öncədən baxış məqalələrində qeyd olunmamışdır.2. Liga wird mit 16 Mannschaften starten, 14 aprel 2018, OeFB.at

İstinadlar

Kateqoriya:İkinci dərəcəli Avropa futbol liqaları