thumb|224x224px|Düşərgənin içərisindəki köhnə tikanlı məftil hasarı, 2008 Atlit məhbus düşərgəsi — 1930-cu illərin sonlarında Hayfadan 20 kilometr cənubda indiki İsrail sahil düzənliyində yerləşən ərazidə Fələstin mandatlığı tərəfindən yaradılmış keçmiş həbs düşərgəsi. Britaniya hakimiyyəti dövründə, əsasən inzibati həbsdə olan yəhudiləri və ərəbləri təcrid etmək üçün istifadə olunurdu; burada əsasən əraziyə rəsmi giriş icazəsi olmayan yəhudi immiqrantları saxlanılırdı. Tikanlı məftillər və gözətçi qüllələri ilə əhDüşərgədəki Aliya Bet muzeyinə giriş, 2007atə olunmuş düşərgədə on minlərlə yəhudi qaçqın saxlanılırdı.
Atlit adlı müasir ərazidəki düşərgədə icazəsiz yəhudilərin aliya tarixini əhatə edən bir muzey yerləşir. 1987-ci ildə İsrail tərəfindən bura ölkənin Milli irs siyahısına əlavə edildi.
Tarixi 1930-cu illərdə Britaniya hökuməti tərəfindən qurulan Atlit düşərgəsi tikanlı məftillər və gözətçi qüllələri ilə əhatə olunmuşdu. 1930-cu və 1940-cı illərdə saxlanılanların çoxu Almaniyanın işğalı altında olan Avropadan gələn yəhudi qaçqınlar idi.
Atlit düşərgəsində kişilər bir tərəfə, qadınlar isə digər tərəfə göndərilirdi. Onların üzərinə DDT sprey olunurdu, sonra onlara soyunub duşa girmələri tapşırılırdı. 1939-1948-ci illərdə on minlərlə yəhudi immiqrant burada saxlanılırdı, aralarında tikanlı məftillər olan kişilər və qadınlar. Bəzi əsirlər 23 aya qədər burada qalmalı olmuşdular.The End of the Line, Hadassah Magazine
II Dünya müharibəsi (1939-42-ci illəri) thumb|252x252px|1947-ci ilə aid düşərgə məhbuslarına verilən yemək kartı Öz koloniyalarında yaşayan və nasistləri açıq şəkildə dəstəkləyən bəzi fələstin almanları, o cümlədən templerlər, Britaniya hakimiyyəti tərəfindən düşmən şəxslər elan edildi və deportasiyadan əvvəl onlar Atlitdə saxlanıldılar.Adi Schwartz, "The nine lives of the Lorenz Cafe ", Haaretz, 20 January 2008
1940-cı ilin noyabr ayında Britaniya hakimiyyəti 5000 immiqrantı Mavritaniyadakı həbs düşərgələrinə göndərmək qərarına gəldi. Deportasiya məqsədləri üçün istifadə olunmuş gəmilərindən biri "Patria" adını daşıyırdı. Deportasiyanın qarşısını almaq üçün Fələstindəki yeraltı yəhudi milisi olan Haqana, 25 noyabrda gəminin anbarında bomba partlatdı. Partlayıcının gücü ciddi şəkildə səhv hesablanmış və gəmi tez bir zamanda batmışdır. Gəmidə 1800 qaçqın var idi; fəlakət nəticəsində 216 nəfər boğuldu. Patria fəlakətindən sağ çıxmışlar Atlitdə saxlanıldı və Mavritaniyaya deportasiya edilmədi. Onlar bir neçə aydan sonra sərbəst buraxıldılar.
"Darien II" adlı gəmi 1941-ci ilin mart ayında 800 qaçqınla bölgəyə çatdı. Onlar 1942-ci ilin sentyabr ayına qədər Atlit düşərgəsində saxlanıldılar və sonra düşərgə bağlandı.
Müharibədən sonrakı Britaniya düşərgəsi (1945-1948) Atlit düşərgəsi İkinci Dünya müharibəsindən sonra 1945-ci ildə Fələstinə getdikcə daha çox immiqrant gəldikcə yenidən açıldı. Onların əksəriyyəti Avropadakı qaçqın düşərgələrindən Holokostdan sağ çıxan və Brixa və Aliya Bet gizli immiqrasiya şəbəkəsi vasitəsilə yola düşənlər idi.
10 oktyabr 1945-ci ildə Palmax (Haqananın xüsusi təyinatlı dəstəsi) düşərgəyə daxil oldu və 208 məhbusu azad etdi. O vaxtlar gənc zabit olan İshaq Rabin basqını planlaşdırmışdır və Naxum Sariq əməliyyata komandanlıq edirdi. Bu hadisədən sonra Britaniya höküməti immiqrantları Kipr düşərgələrinə deportasiya etdi. Bu düşərgələr 1946-cı ildən İsrail Dövlətinin qurulmasına qədər fəaliyyət göstərmişdir.
İsrailin müharibələri zamanı (1948-49, 1967-70) 1948-ci il Ərəb-İsrail müharibəsi zamanı Atlit düşərgəsi yerli ərəblər üçün hərbi və mülki əsir düşərgəsi kimi istifadə olunmuşdur.Morris, Benny, (second edition 2004 third printing 2006) The Birth Of The Palestinian Refugee Problem Revisited, Cambridge University Press, p 467
1967-ci il müharibəsində Misir, Suriya və İordaniyadan olan əsgərlər (müharibə əsirləri), eləcə də Livan vətəndaşları Atlit düşərgəsində saxlanılırdı.Red Cross annual Review August 1967
Red Cross annual Review December 1967
Red Cross annual Review 1968
Red Cross annual Review 1970
International committee of the Red Cross (ICRC) and David C. Wills (2003) The First War on Terrorism: Counter-Terrorism Policy During the Reagan Administration. Rowman & Littlefield, p 90.
PRISON: Atlit Townsfolk Are Bitter – Atlit Prison—an Israel Fixture – Townsfolk Bitter About Plan to Free 31 Muslims By Dan Fisher, Los Angeles Times, 24 June, 1985
Muzey Kazarmalardan biri bərpa edilib və burada keçmiş məhbuslar tərəfindən bağışlanan paltarlar, kitablar, kuklalar və gündəlik əşyalar sərginlənir. Həmçinin, Holokost zamanı ayrıldıqları dostları və ailə üzvlərini tapmaq ümidi ilə məhbusların adlarını və mənşə ölkələrini cızdıqları lövhələr də nümayiş olunur.
Qalereya
İstinadlar
Kateqoriya:Atlit Kateqoriya:Aliya Kateqoriya:Miqrantların saxlanma mərkəzləri və həbsxanaları Kateqoriya:İsraildəki tarix muzeyləri Kateqoriya:Əsir düşərgələri Kateqoriya:1939-cu ildə Fələstin mandatlığında yarananlar