Makedoniya milli geyimləri — Makedon xalqının maddi mədəniyyətinin tərkib hissəsidir və makedon xalq sənətinin mühüm sahələrindən birini təşkil edir.

Növləri Makedonlar yaşadıqları bölgələrdən asılı olaraq təxminən 70 müxtəlif milli geyim növündən istifadə etmişlər. Bu geyimlərə Skopska Blatiya, Skopska Çrna Qora, Yuxarı Polog, Aşağı Polog, Prilep–Bitola düzənliyi, Yuxarı Prespa, Aşağı Prespa, Ohrid düzənliyi, Struqa düzənliyi, Drimkol, Malesiya, Mariovo, Ovçe Pole, Maleşevo və digər bölgələrə aid geyimlər daxildir.

Hər bir xalq geyimi özünəməxsus xüsusiyyətlərə malikdir, lakin onların hamısı üçün ortaq cəhətlər qırmızı, qara və ağ rənglərin üstünlük təşkil etməsi, eləcə də üzərində həndəsi ornamentlərin olmasıdır.

Qalereya

Həmçinin bax Serb milli geyimi Xorvat milli geyimi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Xalq geyimləri Kateqoriya:Şimali Makedoniya mədəniyyəti