Drenova (; , Drenovo) — Albaniyanın cənub-şərqindəki Korça vilayətində yerləşən keçmiş bələdiyyə.

2015-ci ildə həyata keçirilən yerli idarəetmə islahatından sonra Korça bələdiyyəsinin tabeliyindəki inzibati vahidlərdən birinə çevrilmişdir.

2011-ci ilin siyahıyaalınmasına əsasən əhalisi 5.581 nəfər təşkil etmişdir.

İnzibati bölgü İnzibati vahidə Drenova, Mborya (Mborje), Boboştitsa (Boboshticë), Morava (Moravë), Qatrom, Ravonik, Turan və Dardhə (Dardhë) kəndləri daxil idi.Greece – Albania Neighbourhood Programme

Demoqrafiya Bir neçə onillik əvvələ qədər sakinlərin əksəriyyəti bolqar dili və ya makedon dilində danışırdılar. Bu gün isə onlar əsasən alban cəmiyyətinə assimilyasiya olunublar.

2011-ci ildə cəmiyyətdəki 2.211 mənzil və ya evin 448-i boş qalmış, 330-u isə kirayəyə verilmişdi.

İqtisadiyyat Albaniya Xalq Sosialist Respublikası dövründə Drenovanın cənubundakı dağlarda daş kömür çıxarılır və bu kömür Korça ilə Maliqdəki istilik elektrik stansiyalarında yandırılırdı. Bu yataqlar ölkənin ən qədim və ən yüksək kalorili kömür yataqları hesab olunur. Daha əvvəlki dövrlərdə bölgədə ipəkqurdu (barama) yetişdirilirdi. Bunun üçün tut ağacları yetişdirilir və bu ağacların meyvələrindən bələdiyyənin bəzi kəndlərini ölkə miqyasında məşhur edən tut arağı (rakı) (raki mani) çəkilirdi.

Tanınmış şəxsiyyətləri Viktor Eftimiu (1889–1972) — Boboştitsadan olan alban-rumın dramaturqu. Aleksander Stavre Drenova (Asdreni) (1872–1947) — alban şairi və Albaniya himninin sözlərinin müəllifi. Eli Fara (d. 1967) — alban müğənnisi.

İstinadlar

Kateqoriya:Albaniya şəhərləri