Kruma () — Albaniyanın şimalında şəhər.
Kukes vilayətinin Has bələdiyyəsi tərkibində, dağlıq bölgədə yerləşir. Əsrlər boyu özünəməxsus mədəni ənənələrini qoruyub saxlamış əhalinin məskunlaşdığı Has etnoqrafik bölgəsinin əsas şəhəridir.
Tarixi 1999-cu ilin aprelində Yuqoslaviya əsgərləri Kosovodan olan qaçqınların sığındığı Kruma şəhərini top atəşinə tutmuşdular. Hadisə nəticəsində insan tələfatı olmasa da, üç ev dağıdılmışdı.
Coğrafiyası Kruma dəniz səviyyəsindən təxminən 430 metr yüksəklikdə yerləşir. Şəhər "Bjeshka e Krumes" (Kruma dağları) dağının şimal-qərb ətəyində yerləşən kiçik bir yaşayış məntəqəsidir. Bu dağdan yerli əhalinin təmiz içməli suya olan ehtiyacını ödəyən "Vrella" adlı böyük yeraltı su mənbəyi axır. Krumadan bir neçə kilometr cənubda yerləşən "Maja e Gjytezës" dağının hündürlüyü dəniz səviyyəsindən 1435 metrə çatır. Kruma Kosovo sərhədindən təxminən 10 km məsafədə yerləşir.
İqtisadiyyatı Əsas fəaliyyət sahələri mis mədəni sənayesi və kənd təsərrüfatıdır. Kosovo ilə sərhədyanı ticarət və xüsusilə kənd turizmi, dağ yürüşləri (haykinq) və Has bölgəsinin təbii mühitinin kəşfi ilə maraqlanan turistlər üçün kiçik miqyaslı turizmin təşviqi vasitəsilə yerli iqtisadiyyatı canlandırmaq üçün bəzi səylər göstərilmişdir.
İstinadlar
Kateqoriya:Albaniya şəhərləri