Mat (, ) — Albaniyanın şimalında, Dibrə vilayətində yerləşən bələdiyyə.
Bələdiyyə Baz, Burrel, Deryan, Komsi, Lis, Matsukull, Rukay və Ulzə inzibati vahidlərindən ibarətdir.
Bələdiyyə 2015-ci ildə keçmiş Baz, Burrel, Deryan, Komsi, Lis, Matsukull, Rukay və Ulzə bələdiyyələrinin birləşdirilməsi ilə yaradılmışdır. Bələdiyyənin inzibati mərkəzi Burrel şəhəridir.
Ümumi əhalisi 27,600 nəfər (2011-ci il siyahıyaalınması), ümumi sahəsi isə 493,81 km²-dir.
Etimologiyası Alban dilindəki mat adı əslində "yüksək yer", "dağlıq yer" mənasını verirdi. Bu gün alban dilində "çay sahili, çay kənarı" mənasına gəlməsi mal ("dağ") və breg ("sahil") terminlərinin hər ikisinin ümumi istifadəsi vasitəsilə "yüksəklik" mənasını verməsi ilə baş verən ikinci dərəcəli dəyişikliyin nəticəsidir. Mat çayı Roma yazıçısı Vibius Sekvester (e.ə. IV və ya V əsr) tərəfindən mat termininin ellinləşdirilmiş qrafik formasına uyğun olaraq Mathis kimi qeydə alınmışdır. 1380-ci ildəki yazılı mənbələrdə isə bu ad Mathia kimi qeyd edilmişdir. Tarixi linqvistik mülahizələr göstərir ki, Mat və ətraf bölgələr, o cümlədən Mirdita, eramızın II və V–VI əsrləri arasında tamamlandığı hesab olunan etnogenezlərindən sonra albanların ən qədim yaşayış məskənlərindən olmuşdur.
Ümumi məlumat thumb|left|Şimali Mat vadisində Ulzə gölü Bələdiyyə Mat çayının orta axarında yerləşir. O, keçmiş Mat rayonunun şimal hissəsini əhatə edir; cənub hissəsi isə hazırda Klos bələdiyyəsinin bir hissəsidir. Ərazi böyük ölçüdə dağlar və təpələrdən ibarətdir və bu ərazini xarici aləmlə yalnız Milot şəhərini Peşkopi ilə birləşdirən 6 nömrəli Milli Yol (National Road 6) vasitəsilə əlaqələndirmək mümkün olmuşdur.
Ərazi şərqdən və qərbdən dağ silsilələri ilə əhatə olunmuşdur. Bölgədə Mat çayının qarşısı iki yerdə kəsilərək Ulzə Gölü Təbiət Parkı və daha kiçik olan Şkopet gölü yaradılmışdır. Bələdiyyə ərazisinə həmçinin Zall Qyoçay Milli Parkının bir hissəsi də daxildir.
Şimali Matda yerləşən Burqayet kəndində doğulmuş Albaniya Kralı I Zoq, Mat bölgəsinin görkəmli tarixi şəxsiyyətlərindəndir.
Ədəbiyyat
İstinadlar
Kateqoriya:Albaniya şəhərləri