Tomislav Vişeviç (, ) — Keçmiş futbolçu. Karyerası ərzində əsasən müdafiəçi kimi çıxış etmişdir. Bosniya əsilli olan Tomislav Vişeviç Almaniyanın Karlsrue şəhərində doğulsa da, Xorvatiya vətəndaşı olmuşdur.
Azərbaycanda Neftçi və Olimpik klublarında çıxış etmişdir.
Bioqrafiyası Peşəkar karyerasına "Tsibaliya" klubunda başlamışdır.
2001-ci ildən 2002-ci ilə qədər "Posuşye" klubunda çıxış etmişdir. 2002-ci ilin yayında Zaporojyeni təmsil edən "Metallurq" klubuna keçmişdir. Ukrayna çempionatında debütü 17 iyul 2002-ci ildə Donetskin Şaxtyor komandasına qarşı oyunda (0:1) baş tutmuşdur.
2004-cü ilin yayında komandada yaranan müxtəlif problemlərə görə "Metallurq" klubunu azad agent statusunda tərk etmişdir.Vişeviç gedir, Demçenko qayıdır
2004-cü ildə Azərbaycana yollanan futbolçu, Azərbaycanda Bakının "Neftçi" və "Olimpik" klublarının formasını geyinmmişdir. Azərbaycandakı karyerası ərzində bir dəfə ölkə çempionu olmuşdur.
Daha sonra Bosniya və Herseqovinanın "Posuşye" və Polşanın Lyubin şəhərinin "Zaqlembe" klublarında oynamışdır. "Zaqlembe" klubu ilə Polşa çempionu olmuşdur.
2007-ci ilin yayında Xorvatiyanın "Osiyek" klubuna transfer olunmuşdur. Xorvatiyada 2 il forma geyinmişdir.
2010-cu ildə "Vinoqradar" klubunda karyerasını başa vurmuşdur.
Uğurları Azərbaycan çempionu: 2004/05 Polşa çempionu: 2006/07
İstinadlar
Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Ekstraklasa futbolçuları Kateqoriya:Xorvatiya Futbol Liqası futbolçuları Kateqoriya:Xorvatiya futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Osiyek FK futbolçuları Kateqoriya:Ukrayna İkinci Liqasının futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Zaqlembe Lyubin FK futbolçuları