Tomislav Staniç () — Bosniyalı keçmiş futbolçu. Karyerası ərzində əsasən yarımmüdafiəçi kimi çıxış etmmişdir.
Tomislav Staniçin karyerasında sonuncu klub İran Pro Liqasında olan "Mələvan" klubu olmuşdur.
Staniç Azərbaycanda İnter Bakı və Sumqayıtın Gənclərbirliyi klublarında çıxış etmişdir.
Klub karyerası Staniç karyerasının ilk illərində Xorvatiya Birinci Liqasında Hayduk Split və "İnker Zapreşiç" klublarında oynamış, üç mövsüm ərzində yalnız bir neçə dəfə ehtiyatdan meydana daxil olmuşdur.
O, 2005–06 mövsümündə Almaniya 2-ci Bundesliqasında yarışan "Dinamo Drezden" klubunda qısa bir dövr keçirmiş və 1 qol vurmuşdur. Daha sonra Lokomotiva Zaqreb və "Dioşdyer" klublarında oynamışdır.
2007-ci ilin yanvarında Azərbaycana gələn futbolçu, Bakının "İnter Bakı" klubuna qoşulmuşdur. "Bankirlər"in heyətində 4 oyunda meydana çıxan futbolçu 2007-ci ilin yayında Azərbaycanda klub dəyişdirmişdir. Onun Azərbaycanda yeni klubu Sumqayıtın "Gənclərbirliyi" klubu olmuşdur. 2007/08 mövsümünü "Gənclik şəhəri" təmsilçisində keçirən futbolçu 18 oyunda meydana çıxaraq 3 qol vurmuşdur.
2008-ci ildə İrana yollanan futbolçu, İranda "Mələvan" klubu ilə müqavilə imzalamışdır. O, 2008-ci ildə kluba qoşulduqdan sonra Mələvan klubunda oynamış ilk əcnəbi futbolçu olmuşdur.
Azərbaycandakı karyera statistikası Mövsüm Azərbaycan Liqa Azərbaycan Kuboku Avropa Cəmi2006–07İnter BakıAzərbaycan Premyer Liqası40 -402007–08Gənclərbirliyi Sumqayıt183 -183Cəmi223 00223223 00223
İstinadlar
Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Xorvatiya Futbol Liqası futbolçuları