Hafız Selman İzbeli () — Türkiyə İstiqlaliyyət müharibəsi dövründə Türk könüllü döyüşçüsü və Kastamonunun ilk qadın məclis üzvü. O, "Milli Hüquqların Müdafiəsi Cəmiyyəti"nin () qadınlar qolunun təsisçilərindən biri olub.
Həyatı Türkiyə İstiqlaliyyət müharibəsi dövründə Hafız Selman İzbeli Kastamonu qadınlarını bir araya gətirərək, Türkiyə İstiqlaliyyət müharibəsində (1919–1923) döyüşən əsgərlər üçün corab, köynək və flanel (pambıq parça) toxumalarını təmin edib. Varlı bir ailədən gələn İzbəy, əsgərlər Kastamonuya gəldikdə onları yolda qarşılayar və hamısını yedizdirərdi.
Cümhuriyyətin qurulması O, hər zaman "Mən Cümhuriyyətçiyəm" deyərdi. Müharibədən sonra 1928-ci ildə qəbul edilmiş yeni əlifba ilə oxuyub-yazmağı öyrəndi. Ona millət vəkili olması tövsiyə edilsə də, o, başını açmaq məcburiyyətində qalacağı və hicabını çıxarmaq istəmədiyi üçün bu təklifi rədd etdi. Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürk Kastamonuya gələndə İzbəyin evini ziyarət etdiyi və birlikdə qəhvə içdikləri deyilir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə aktivistləri