Əsra Mungan (; ) — Türkiyəli alim və ictimai fəal. O, Boğaziçi Universitetində psixologiya üzrə dosentdir.
Həyatı Əsra Mungan 1990-cı ildə Boğaziçi Universitetinin Fen-Ədəbiyyat fakültəsinin Psixologiya bölməsindən fakültə və bölmə birincisi olaraq məzun olub. Magistr təhsilini Vaşinqtondakı (ABŞ) "American University"də Davranış, Elm və Neyroelm sahəsində tamamlayıb. Doktorluq dərəcəsini (PhD) də eyni universitetdə, yaddaş tədqiqatları ilə bağlı dissertasiyası ilə alıb.
1998–2002-ci illər arasında özəl sektorda tədqiqat və inkişaf (Ar-Ge) sahəsində çalışıb. 2007-ci ildən bəri Boğaziçi Universitetində akademik fəaliyyət göstərir. O, operativ yaddaşda maneə törədən proseslər, musiqi yaddaşı, yaddaş mühakimələri, təkamül və davranış, habelə şüur mövzuları üzərində işləyir. Öz sahəsində çox sayda çap olunmuş əsər və məqalələrin müəllifidir.
Həbsi və azadlığa Buraxılması Əsra Mungan Kıvanç Ersoy və Muzaffer Kaya "Bu suça ortaq olmayacağıq!" başlıqlı Sülh üçün Akademiklər bəyannaməsini imzaladıqları üçün "terror təşkilatının təbliğatını aparmaqda" ittiham olunublar. Haqqında çıxarılan həbs qərarından sonra, 16 mart 2016-cı ildə İstanbul 5-ci Sülh Cəza Hakimliyi tərəfindən həbs ediliblər.
Bir aydan çox Bakırköy Qadın Həbsxanasında qalan Esra Munqan və digər iki həmkarı, 21 aprel 2016-cı ildə İstanbul 13-cü Ağır Cəza Məhkəməsində keçirilən iclasda azadlığa buraxılıblar. 7,5 ilə qədər həbs cəzası tələbi ilə mühakimə olunan akademiklərin məhkəmə prosesini dəstək məqsədilə çox sayda insan izləyib.
2016-cı ildə Əsra Mungan jurnalist Can Dündar ilə birlikdə Avropa Parlamenti tərəfindən hər il təqdim olunan Saxarov Düşünce Azadlığı Mükafatına namizəd göstərilib.
İstinadlar
Kateqoriya:Türkiyə aktivistləri