Cahid Mahmud Küləbi (; ) — türk şairi.
O, xalq şeiri və türkülərindən bəhrələnərək müasir şeir üslubu yaratmış, şeirlərinin mövzusu isə vətən, insan və təbiət sevgisini tərənnüm etmişdir. Şeirlərində uşaqlıq və gənclik illərinin keçdiyi bölgələrdən aldığı təəssüratları əks etdirmişdir. Həyatı Cahid Küləbi 20 dekabr 1917-ci ildə Tokatın Zilə ilçəsində anadan olub. Ailəsi Soyad Qanunu çıxdıqdan sonra Ərəncan soyadını götürmüş, şair isə təxəllüsü olan Küləbi soyadını sonradan rəsmi olaraq qeydiyyatdan keçirtmişdir. İbtidai və orta təhsilini Tokatda alan Cahid Küləbi, Sivas Liseyindən məzun olub. İstanbul Ali Müəllimlər Məktəbinin Türk Dili və Ədəbiyyatı fakültəsini bitirib. Müəllimlər məktəbində oxuyarkən Rəşid Rəhməti Aratın dəstəyi ilə Almaniya və Fransaya gedərək dil təhsili almışdır. Tələbəlik illərində Behçet Necatigillə eyni kursda oxumuşdur. O, Antalya Liseyində təcrübəçi ədəbiyyat müəllimi, Ankara Dövlət Konservatoriyasında və Ankara Qazi Liseyində isə ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib. Ömrünün sonrakı illərində isə Milli Təhsil müfəttişi olmuşdur.
Müəllim məktəbində təhsil alarkən, direktor Fuad Köprülünün şeir yazdığı üçün ona qəzəblənəcəyini düşündüyündən, Küləbi təxəllüsündən ilk dəfə bu illərdə istifadə etməyə başlamışdır. Əhməd Həmdi Tanpınar da onun müəllimi olmuşdur. thumb|left||Beşiktaşdakı Şairlər salonunda yerləşən heykəli (2022, may) İlk şeirləri 1938-ci ildə "Gənclik" jurnalında "Nəzmi Cahid" təxəllüsü ilə işıq üzü görüb. Sonra "Varlıq" jurnalında dərc olunan şeirlərində də eyni imzadan istifadə etmişdir. 1950–1954-cü illərdə "Sokak", "İnsan", "Türk dili", "Yaradış", "Kültür dünyası" kimi jurnallarda çıxan şeirləri ilə şöhrət qazanmışdır. İlk şeir kitabı "Adamın biri" 1946-cı ildə nəşr edilmişdir. 1949-cu ildə işıq üzü görən ikinci kitabı "Rüzgâr"da da Orxan Vəli Qanıq poeziyasından təsirləndiyi hiss olunur. "Atatürk Qurtuluş Savaşı"nda adlı əsəri əsasında Nevit Kodallı "Atatürk oratoriyası"nı ərsəyə gətirmişdir. Onun 1940-cı illərdən sonra türk poeziyasında başlayan yeniləşmə hərəkatında özünəməxsus yeri olub.
Orxan Vəli Qanıq "Ülkü" jurnalındakı bir məqaləsində deyirdi: "Şeirdən hər şeyi atdım, amma Küləbinin şeirlərinə bayılıram. Çünki o, xalqın bənzətmələri ilə çox fərqli ovqatda yazır".
Cahid Küləbi isə 80-ci illərdə TRT-yə verdiyi bir müsahibəsində öz yaradıcılığını belə xarakterizə etmişdir: "Mənim şeirim, zənnimcə, bir tərəfdən realist, digər tərəfdən isə bir növ yeni romantik şeirə etiraz şeiridir". Onun şeirləri ingilis və fransız dilləri də daxil olmaqla, ümumilikdə 21 dilə tərcümə edilmişdir.
1990-cı illərdə İtaliyada keçirilən genişmiqyaslı poeziya müsabiqəsinə Küləbi yeganə fəxri qonaq kimi dəvət olunmuşdu.
Müsahibələrinin birində o, ən çox sevdiyi şairin Əhməd Mühib Dıranas olduğunu bildirmişdir. Divan ədəbiyyatına gəldikdə isə, o, daha çox Bakiyə, sonra Füzuli, müəyyən dərəcədə isə Nəfi və Şeyx Qalib heyran olduğunu vurğulamışdır. Siyasətdə heç vaxt aktiv olmamasının səbəbi soruşulduqd isə, o: "Mən belə şeyləri sevmirəm. Şair vətəndaşlıq borcunu yerinə yetirə bilər, amma şairin siyasətlə heç bir əlaqəsi olmamalıdır" cavabını vermişdir.
Onun Türkiyə İstiqlaliyyət müharibəsi və Mustafa Kamal Atatürk haqqında yazdığı "Atatürk İstiqlal müharibəsində" poetik əsəri əsasında "Atatürk Oratoriyası" yazılmışdır.
Ankarada dəfn edilən şairin nəşi 2010-cu ildə ailəsinin xahişi ilə Niksara köçürülmüş və şair Ərzurumlu Əmrahın məzarı yanında yenidən dəfn edilmişdir.
Əsərləri Şiirleri
Atatürk İstiqlaliyyət müharibəsində (1952) "Yaşıllaşan otlar" (1954) əsəri 1955-ci ildə Türk Dil Qurumunun Ədəbiyyat mükafatına layiq görülüb.. Süd (1965) Şeirlər (1969) Türk mavisi (1973) Sıxıntı ve Ümid (1977) Yanğın (1980) Bütün şeirləri (1982) Payız türküləri (1991) Bütün şeirləri (1997) Gözəl yurdum (1996) Zərdali ağacı(1990) Rüzgar (1949) Yük maşınları qovun daşıyır Biz öz işimizi bilirik Hərkəsin bir dərdi var Ekinin göz yaşları Sənə borcluyuq Alacaqaranlıqda Çürüyən otlar Azadlıq Hava səyahəti
Xatirə İçi sevda dolu yolculuq (1986) Hər zaman şeir (1985)
Mükafatları 1955: Türk Dili Dərnəyi İncəsənət mükafatı (Yaşıllaşan otlar) 1981: Yeditepe Şeir mükafatı (Atəş) 1996: Cümhurbaşqanlığı Böyük Mədəniyyət və İncəsənət Böyük mükafatı Həmçinin bax 100 Türkiyə ədəbiyyatçısının siyahısı (Türkiyə Milli Təhsil Nazirliyi) İstinadlar
Kateqoriya:Orta Şərq şairlərinin qaralamaları